Mononatrium qlütamat: Sağlamlığa təsiri və istifadəsinə nəzarət
16 İyul 2025 11:27
Mononatrium qlütamat qlütamin turşusunun natrium duzu olub, dad və qoxunu gücləndirən qida əlavəsidir.
Bu maddənin həm sənaye üsulu ilə istehsal olunan məhsullarda, həm də ictimai iaşə müəssisələrində geniş şəkildə istifadə olunduğu məlumdur.
Bəzi elmi araşdırmalar göstərir ki, mononatrium qlütamatın normadan artıq və nəzarətsiz istifadəsi insan sağlamlığına mənfi təsir göstərə bilər.
Bu səbəbdən onun istehlak miqdarı bir sıra beynəlxalq qurumlar tərəfindən qiymətləndirilib. Bu maddə üçün maksimum miqdar 10 q/kq olaraq müəyyən edilib.
Lakin körpələr və uşaqlar üçün nəzərdə tutulmuş məhsullarda bu maddənin istifadəsi yolverilməzdir.
Qida əlavələrinə nəzarət məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən mütəmadi monitorinqlər aparılır.
Sahibkarlıq subyektlərinin müəyyən olunmuş tələblərə riayət etməsi, istehlakçıların sağlamlığının qorunması baxımından xüsusi əhəmiyyət kəsb edir.
AQTA sahibkarları mövcud qaydalara ciddi riayət etməyə dəvət edir.
Giriş