Gündəlik istehlak olunan əsas qida məhsullarından biri olan yağların həm yüksək enerji mənbəyi, həm də tərkibindəki yağ turşularının xüsusiyyətlərinə görə insanların qidalanması və sağlamlığı nöqteyi-nəzərindən önəmli rolu vardır. Yağ istifadəsi zamanı diqqət edilməsi vacib olan məqam yağın tərkibində mövcud olan doymuş və doymamış yağ turşularının miqdarıdır. &U
Pendir xüsusi fermentlər və süd-turşu bakteriyaları vasitəsilə südün mayalanması nəticəsində alınan qida məhsuludur. Pendirin tərkibində zülallar, yağlar, mineral maddələr, fermentlər, vitaminlər və digər qida maddələri mövcuddur. Pendirdəki zülallar süddəki zülallara nisbətən daha yaxşı həzmolunma xüsusiyyətinə malikdir. Südün keyfiyyəti
Kəsim zamanı sanitar-gigiyenik tələblərə riayət olunmalıdır - Heyvanın kəsimxanaya qəbulu baytarlıq sənədlərinin və klinik müayinə əsnasında aparılır - Daşınma müddətindən və növündən, yaşından asılı olaraq heyvan dincəldilməli - Kəsimdən əvvəl heyvanlara baytar kliniki baxış keçirilməli - Kəsim prosesinə cəlb olunmuş işçi heyət fərdi mühafizə vasitələr
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) “AQTA maarifləndirir” rubrikası davam edir. Rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanma ilə bağlı tövsiyələr, ölkədə qida təhlükəsizliyinin təmin olunması ilə bağlı zəru
Qida zəhərlənmələrinə daha çox yay aylarında təsadüf edilir. Zəhərlənmələrə bakteriya və onların toksinləri, viruslar, parazitlər və ya kimyəvi maddələrlə yoluxmuş qida və su qəbulu səbəb ola bilər. Araşdırmalar göstərir ki, zəhərlənmələrə əsasən qida məhsulları ilə düzgün davranmamaq, qidaların saxlanma və emal qaydalarına əməl etməmək səbəb olur. Qida vasitəsilə yaran
Mal-qaranın daşınması zamanı zəruri qaydalar
Mal-qaranın kəsimi zamanı zəruri qaydalar
Qablaşdırma prosesinin məhsulların saxlanması, daşınması, marketinqi sahəsində əvəzsiz rolu vardır. Belə ki, qablaşdırma məmulatı içərisində olan məhsulu qoruyur, anbarda saxlanmasını, daşınmasını və satışını asanlaşdırır, həmçinin müştərini məhsul barədə məlumatlandırır, məhsulun təmiz və təhlükəsiz şəraitdə daha uzun müddətdə saxlanmasına imkan yaradır.
Bu gün müasir dünyamızın əsas vəzifələrindən biri təbii ehtiyatlardan səmərəli və uzun müddət istifadə etmək, ətraf mühiti və torpağı çirklənmədən qorumaqla ekosistemdə harmoniyanı saxlamaq və ekoloji təmiz məhsul istehsal etməkdən ibarətdir. Lakin dünya əhalisinin sayını və artım tempini nəzərə alaraq, ərzaq məhsullarına artacaq tələbatın ödənilməsini eko
Qida ilə təmas edən səthlərin, alət və avadanlıqların təmizliyi təmin olunmalıdır: Qidanın hazırlanmasında korroziyaya davamlı, toksiki təsiri olmayan materialdan hazırlanmış alət, avadanlıq və cihazlardan istifadə edilməli Avadanlıq quraşdırıldığı sahəyə asanlıqla təmizlənə biləcək şəkildə yerləşdirilməli Alət və avadanlıqlar istifadə edilməzdən əvvəl və sonra təmizlənib dezinfeksiya olunmal
Mövsümün ən sevilən bostan bitkilərindən olan qarpız və yemişin faydalı xüsusiyyətləri çoxdur. Qarpız və yemiş karbohidrat, mineral duz və vitaminlərlə zəngindir. Ümumiyyətlə bostan bitkiləri yüngül mexaniki tərkibli, münbit və dənəvər strukturlu torpaqlarda daha yaxşı böyüyüb inkişaf edir, yüksək və keyfiyyətli məhsul verir. Y&uum
Yay mövsümü ailə və dostlarla açıq havada əyləncə üçün çoxlu imkanlar təqdim edir. Lakin bu zaman qida yolu ilə keçən bakteriyaların yetişməsi üçün də geniş zəmin yarana bilər. Belə ki, isti havada bakteriyalar daha tez bölünüb çoxalır. Yay əyləncələrində, xüsusən də çimərlikdə olarkən qida mənşəli problemlərdən qorunmaq üçün bəzi tövsiyələri daim diqqətdə saxlamaq lazımdır.