“Bryanskiy Broyler” MMC-nin məhsul idxal etməsinə qoyulan qadağa aradan qaldırılıb
4 Avqust 2023 17:39
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirlərini davam etdirir.
Agentlik tərəfindən Rusiya Federasiyasından idxal olunan “Bryanskiy Broyler” MMC-nin istehsalı olan dondurulmuş toyuq filesi məhsulunda aşkarlanan uyğunsuzluqla bağlı qoyulan müvəqqəti qadağa aradan qaldırılıb. Belə ki, Agentliyin Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinə (“Rosselxoznadzor”) göndərilmiş müvafiq bildirişi əsasında, həmin qurum tərəfindən istehsalçı müəssisədə baytarlıq nəzarəti tədbirləri və laborator müayinələr aparılıb.
Görülmüş müvafiq sağlamlaşdırma tədbirləri, o cümlədən epizooloji monitorinqlər ilə bağlı AQTA-ya ətraflı məlumatlar verilib. Rusiya Federasiyası tərəfindən baytarlıq norma və tələblərinə, o cümlədən qarşılıqlı olaraq iki ölkə arasında idxal-ixrac əməliyyatları ilə bağlı müvafiq tələblərə əməl olunacağına dair zəmanət verilməsi, həmçinin “Rosselxoznadzor” ilə sıx əməkdaşlıq əlaqələrini nəzərə alaraq sözügedən istehsalçının respublikamıza məhsul idxalına qoyulmuş müvəqqəti qadağa aradan qaldırılıb. AQTA-nın qərarı ilə əlaqədar “Rosselxoznadzor”a müvafiq bildiriş göndərilib.
Oxşar xəbərlər
Ukraynanın istehsalçı şirkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb
Ukraynanın istehsalçı şirkəti "Meat Master" MMC-yə məxsus dondurulmuş mal əti məhsulunda aşkarlanmış uyğunsuzluqla əlaqədar Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən idxalla bağlı qoyulan müvəqqəti məhdudiyyət aradan qaldırılıb. Belə ki, AQTA-nın bildirişi əsasında, Ukraynanın Qida Təhlükəsizliyi və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehsalçı müəssisədə baytarlıq nəzarəti tədbirləri və laborator müayinələr aparılıb. Görülmüş müvafiq sağlamlaşdırma tədbirləri və epizootoloji monitorinqlərlə bağlı Agentliyə ətraflı məlumat verilib. Ukrayna tərəfindən baytarlıq norma və qaydalarına, həmçinin qarşılıqlı idxal-ixrac əməliyyatları ilə bağlı müvafiq tələblərə əməl olunacağına dair zəmanətin verilməsi nəzərə alınaraq sözügedən istehsalçının respublikamıza məhsul idxalına qoyulmuş müvəqqəti məhdudiyyət aradan qaldırılıb. AQTA-nın qərarı ilə bağlı Ukraynanın səlahiyyətli qurumuna müvafiq məlumat verilib.
Uyğunsuzluq aşkarlanan pambıq toxumu partiyası məhv edilib
“Fructus Aqropark” MMC tərəfindən pambıq toxumlarının idxalı məqsədilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) idxal karantin icazəsinin alınması üçün müraciət edilib. Müraciətə qanunvericiliyin tələblərinə uyğun olaraq icraata götürülüb, idxal karantin icazəsi rəsmiləşdirilib və məhsuldan götürülmüş nümunələr karantin ekspertizası məqsədilə laborator müayinələrə cəlb olunub. Müayinələrin nəticələrinə əsasən, məhsul partiyasında qanunvericiliyin tələblərinə uyğun olmayan göstəricilər müəyyən edilib. Aşkarlanmış uyğunsuzluqla əlaqədar fitosanitar nəzarətində olan və karantin obyekti hesab edilən bitki və bitkiçilik məhsullarının geri qaytarılması, zərərsizləşdirilməsi və ya məhv edilməsi ilə bağlı qərar qəbul olunub. Qərara əsasən, sözügedən məhsul partiyası Salyan rayonunun Yenikənd kəndində ayrılmış xüsusi sahədə zərərsizləşdirilərək məhv edilib.
Normativ sənədlərin tələblərinə cavab verməyən bioloji aktiv qida məhsulları məhv edilib
Nəzarət tədbirləri çərçivəsində fiziki şəxs Adəm İsgəndərov tərəfindən Türkiyədən idxal olunan (11.11.2025-11.01.2028-ci il istehsal və son istifadə tarixli), “Tocura İlaç Sanayi Ve Ticaret A.Ş” müəssisəsinin istehsalı olan 3025 ədəd “Exnabet” əmtəə nişanlı, eləcə də “Ren Farm" MMC-nin İtaliyadan idxal etdiyi (01.11.2025-01.11.2027-ci il istehsal və son istifadə tarixli) “Alsa Lab SRL” müəssisəsinin istehsalı olan 3047 ədəd “Deluar Drops” bioloji aktiv qida məhsullarından Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən nümunələr götürülərək laborator müayinələrə cəlb olunub.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
AQTA sədri Qoşqar Təhməzli "Xəzər TV" və "Trend" Beynəlxalq İnformasiya Agentliyinə müsahibə verib
Sosial şəbəkələrdə satılan “arıqlama” məhsullarında təhlükəli maddə aşkarlanıb –Video / Foto
Giriş