“Bryanskiy Broyler” MMC-nin məhsul idxal etməsinə qoyulan qadağa aradan qaldırılıb
4 Avqust 2023 17:39
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirlərini davam etdirir.
Agentlik tərəfindən Rusiya Federasiyasından idxal olunan “Bryanskiy Broyler” MMC-nin istehsalı olan dondurulmuş toyuq filesi məhsulunda aşkarlanan uyğunsuzluqla bağlı qoyulan müvəqqəti qadağa aradan qaldırılıb. Belə ki, Agentliyin Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinə (“Rosselxoznadzor”) göndərilmiş müvafiq bildirişi əsasında, həmin qurum tərəfindən istehsalçı müəssisədə baytarlıq nəzarəti tədbirləri və laborator müayinələr aparılıb.
Görülmüş müvafiq sağlamlaşdırma tədbirləri, o cümlədən epizooloji monitorinqlər ilə bağlı AQTA-ya ətraflı məlumatlar verilib. Rusiya Federasiyası tərəfindən baytarlıq norma və tələblərinə, o cümlədən qarşılıqlı olaraq iki ölkə arasında idxal-ixrac əməliyyatları ilə bağlı müvafiq tələblərə əməl olunacağına dair zəmanət verilməsi, həmçinin “Rosselxoznadzor” ilə sıx əməkdaşlıq əlaqələrini nəzərə alaraq sözügedən istehsalçının respublikamıza məhsul idxalına qoyulmuş müvəqqəti qadağa aradan qaldırılıb. AQTA-nın qərarı ilə əlaqədar “Rosselxoznadzor”a müvafiq bildiriş göndərilib.
Oxşar xəbərlər
Azərbaycan fındığının Çin bazarına ixracı üçün ilk rəsmi qeydiyyat əldə olunub
Azərbaycan fındığının Çin Xalq Respublikasına (ÇXR) ixracının genişləndirilməsi istiqamətində növbəti mühüm nəticə əldə olunub. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə ÇXR-in Baş Gömrük Administrasiyası (GACC) arasında fındıq və badamın ixracına dair Protokol layihəsinin imzalanmasından sonra Çin tərəfinin müəyyən etdiyi tələblərin yerinə yetirilməsi istiqamətində müvafiq tədbirlər davam etdirilib.
Çinə qida məhsulları ixrac edən müəssisələr CIFER sistemində qeydiyyatdan keçməlidirlər
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bildirir ki, Çin Xalq Respublikasına (ÇXR) qida və içki məhsulları ixrac edən xarici istehsalçı müəssisələrin qeydiyyatı ÇXR-in Baş Gömrük İdarəsi (GACC) tərəfindən idarə olunan CIFER (China Import Food Enterprise Registration) elektron sistemi vasitəsilə həyata keçirilir. CIFER Çinə idxal olunan qida məhsullarının təhlükəsizliyinin və izləniləbilənliyinin təmin edilməsi, xarici istehsalçı müəssisələr barədə məlumatların vahid reyestrdə toplanması, habelə onların ÇXR qanunvericiliyinin tələblərinə uyğunluğuna nəzarətin həyata keçirilməsi məqsədilə yaradılıb.
AQTA ilə Belarusun müvafiq qurumu arasında görüş keçirilib
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Belarus Respublikasının Dövlət Toxumçuluq, Karantin və Bitkilərin Mühafizəsi üzrə Baş Dövlət Müfəttişliyi arasında fitosanitar sertifikatların elektron məlumat mübadiləsinə dair onlayn görüş keçirilib.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş