AQTİ Naxçıvanda qida təhlükəsizliyi, baytarlıq və fitosanitar sahələrdə çalışmaq istəyən mütəxəssisləri əməkdaşlığa dəvət edir
8 Sentyabr 2023 17:55
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) müvafiq sahə üzrə Naxçıvan Muxtar Respublikasında qida təhlükəsizliyi, baytarlıq, fitosanitar və digər sahələrdə çalışmaq istəyən, baytarlıq, zootexniklik, əczaçılıq, biologiya, kimya, bitki mühafizəsi, qida məhsulları mühəndisliyi, istehlak mallarının ekspertizası və marketinqi, aqronomluq, tibbi profilaktika, genetik, biokimyaçı, aqrokimya, qidalanma gigiyenası üzrə mütəxəssis, molekulyar genetik, bioloq, hüquqşünas, informasiya texnologiyaları və sistemləri mühəndisliyi ixtisasına yiyələnmiş ali təhsilli mütəxəssisləri əməkdaşlığa dəvət edir. Namizədlərdən müvafiq sahəyə uyğun ali təhsil və ixtisası üzrə iş təcrübəsi tələb olunur.
Müvafiq ixtisasa sahib, karyera hədəfləri üçün iş imkanlarını dəyərləndirmək, yüksək əmək haqqı təkliflərindən yararlanmaq istəyən namizədlər işə qəbul üçün müraciət edə bilərlər.
Göstərilən tələblərə cavab verən şəxslər CV-lərini 15.09.2023-cü il tarixinədək mövzu yerinə "AQTİ – Naxçıvan" yazaraq hr.aqti@afsa.gov.az e-poçt ünvanına göndərə bilərlər.
İşə qəbul müsahibə əsasında aparılacaq. Yalnız tələblərə cavab verən namizədlərin CV-ləri təhlil ediləcək və onlar müsahibəyə dəvət olunacaqlar.