Quş qripi və Nyukasl xəstəliklərinə qarşı epizootoloji monitorinq keçiriləcək
28 Oktyabr 2026 14:42
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi və aidiyyəti qurumların əməkdaşlarının iştirakı ilə vəhşi və ev quşları üzrə quş qripi və Nyukasl xəstəliklərinə qarşı 2−6 noyabr tarixlərində növbəti epizootoloji monitorinq keçiriləcək.
Monitorinq Naxçıvan Muxtar Respublikası da daxil olmaqla, respublika ərazisində risk əsasında müəyyən olunmuş ovçuluq təsərrüfatlarının və milli parkların su-bataqlıq, dənizsahili zonaları və digər ərazilərini əhatə edəcək.
Monitorinq çərçivəsində ümumi baxış keçiriləcək və xəstəlik törədicisinin aşkar edilməsi məqsədilə vəhşi quşlar ovlanacaq. Eyni zamanda, sənaye əsaslı müxtəlif quşçuluq müəssisələrində, rayon və şəhərlərdəki ailə təsərrüfatlarında saxlanılan ev quşlarından laborator müayinələrin aparılması üçün diaqnostik nümunələr götürüləcək. Habelə, ölkə üzrə quşçuluq müəssisələrinə, fərdi təsərrüfatlara, su hövzələrinə və parklara baxış keçirilməklə, baytarlıq norma və qaydalarına ciddi əməl olunması üçün maarifləndirmə-təbliğat tədbirləri də həyata keçiriləcək.
Tədbirlər müddətində götürülmüş nümunələrin müvafiq müayinələri aparılacaqdır.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş