AQTA və ÜHST-nin təşkilatçılığı ilə Bakıda keçirilən regional seminar başa çatıb
20 Oktyabr 2023 14:28
Bakıda təşkil olunan Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) Kommunikasiya üzrə Milli Əlaqələndiriciləri üçün Regional Seminar bu gün yekunlaşıb.
Tədbirin sonuncu günü infodemiyanın idarə edilməsi, regional kommunikasiya vasitələri və digər mövzularla bağlı təqdimatlar olub, seminarın nəticələrinə dair sessiya keçirilib. Yekunda tədbirin nəticələri yüksək qiymətləndirilib.
Qeyd edək ki, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə ÜHST-nin birgə təşkilatçılığı və Avropa İttifaqının (Aİ) dəstəyi ilə təşkil olunan seminar 18-20 oktyabr tarixlərini əhatə edib. Tədbir AQTA, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, ÜHST və Aİ-nin məsul şəxslərinin və əməkdaşlarının iştirakı ilə keçirilib.
Seminar Kommunikasiya üzrə Milli Əlaqələndiricilər üçün infodemiyanının idarə olunması və fövqəladə hallar zamanı onların təsirinin azaldılması üçün milli imkanların yaradılması, heyvan sağlamlığı və əlaqəli sahələrdə infodemiyanın qarşısının alınması və onlara qarşı cavab tədbirlərinin görülməsi üçün istifadə edilən strategiyalar, təcrübələr, metodlar və alətlər haqqında ümumi məlumatların ötürülməsi və infodemiya ilə mübarizə üzrə ölkələrin təcrübələrinin bölüşülməsi məqsədini daşıyıb.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qeydiyyat və təsdiqi yoxla
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş