-
Respublikanın baş dövlət baytarlıq müfəttişi tərəfindən verilmiş Qərarlar
- Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatına əsasən epizootik sağlamlıq statusu bərpa olunan ərazilərə dair məlumat (18 yanvar 2024)
- Dünyadakı epizootik vəziyyət barədə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) məlumatı (fevral 2024-cü il)
- Dünyadakı epizootik vəziyyət barədə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) məlumatı (mart 2024-cü il)
- Kəsim məntəqələri
- Baytarlıq tələbləri
- Preparatların dövlət qeydiyyatı
- Baytarlıq qərarları
- Nəzarət tədbirləri
- Xəbərlər
Bayram günlərində düzgün qidalanma qaydaları
19 Mart 2025 12:49
Bayram günlərində qidalanmanı balanslı saxlamaq çətin ola bilər, amma bəzi qaydalara əməl etməklə həm bayramın dadını çıxara, həm də sağlamlığınızı qoruya bilərsiniz. Bayram günlərində yemək hazırlama və qidalanma zamanı xoşagəlməz halların qarşısını almaq üçün aşağıdakı 6 qızıl qaydaya əməl etmək vacibdir. Bunlar aşağıdakılardır:
1. Bayram süfrələrinin təhlükəsiz olması üçün istifadə edilən məhsulların təzə və keyfiyyətli olması mühüm məqamlardan biridir. Qidaların istehsal və son istifadə tarixlərini diqqət etmək vacibdir.
2. Şəxsi gigiyena yemək hazırlığının ən vacib hissələrindən biridir. Yemək hazırlamamışdan əvvəl və sonra əlləri isti su və sabunla yumaq, mətbəx ləvazimatları və səthləri daim təmiz saxlamaq lazımdır.
3. Qidaları düzgün saxlamaqla sağlamlığınızı təhlükədən qorumaq mümkündür. Çiy ət, toyuq, balıq kimi məhsullar otaq temperaturunda uzun müddət saxlanmamalıdır, çünki bu, bakteriyaların sürətlə çoxalmasına səbəb ola bilər.
4. Çarpaz çirklənmənin qarşısını almaq, qida təhlükəsizliyi baxımından çox vacibdir. Bişmiş qidaları çiy qidalardan ayrı saxlamaq lazımdır. Bişmiş və çiy qidalar arasında çarpaz çirklənmənin qarşısını almaq üçün ayrı-ayrı doğrama lövhələri və bıçaqlardan istifadə edilməlidir.
5. Temperatura nəzarət olunmalıdır. Ət və ət məhsullarının donunu açarkən ən təhlükəsiz üsul soyuducuda açılmasıdır. Ət məhsullarını düzgün temperaturda bişirmək vacibdir.
6. Qida alış-verişi edərkən diqqətli olmaq lazımdır. Tez xarab olan soyudulmuş və dondurulmuş məhsulları alış-verişin sonunda almaq məsləhət görülür. Çünki belə qidalar bakteriyaların çoxalması üçün əlverişli mühit hesab edilir.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş