Heyvanların qeydiyyata alınması nə üçün zəruridir?
13 May 2024 10:05
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sisteminə (HİQS) dair yeni videoçarx hazırlanıb.
Videoçarxda HİQS və bu sistemin üstünlükləri haqqında ətraflı məlumat verilib. Bildirilib ki, heyvan sağlamlığı və qida təhlükəsizliyi baxımından əhəmiyyətli olan bu sistemin tətbiqi heyvanların genetik xətt üzrə izlənməsinə və damazlıq işinin təşkilinə töhfə verir. Həmçinin ixrac prosesinin asanlaşmasına münbit şərait yaradır. Heyvanların identifikasiyası, heyvan və heyvan mənşəli məhsulların izlənilməsi ölkəmizdə bioloji təhlükəsizliyin təmin olunması və insan sağlamlığının qorunmasında xüsusi əhəmiyyət kəsb edir.
Qeyd edək ki, sahibkarlıq subyektləri bu videoçarx vasitəsilə HİQS və bu sistemin üstünlükləri barədə ətraflı məlumat əldə edə biləcəklər.
▶ AQTA tərəfindən hazırlanan HİQS-ə dair yeni videoçarx
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş