Pestisidlərdən istifadə qaydaları haqqında videoçarx hazırlanıb
24 May 2024 09:29
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qida məhsullarında pestisid qalıqlarına dair yeni videoçarx hazırlanıb.
Videoçarxda pestisidlər, pestisid qalıqları, bu qalıqların yayılma yolları, zərərləri və bu kimi halların qarşısının alınması barədə ətraflı məlumat verilib. Bildirilib ki, kənd təsərrüfatı məhsullarının istehsalında səmərəliliyi artırmaq və zərərvericiləri nəzarətdə saxlamaq üçün pestisidlərin istifadəsi zamanı müvafiq norma və qaydalara əməl olunmadıqda, məhsullarda normadan artıq pestisid qalıqları ortaya çıxır. Bu qalıqlar orqanizmə daxil olduqda, kəskin toksiki təsir yaradaraq insanlarda kimyəvi zəhərlənməyə də səbəb ola bilir. Pestisid qalıqlarının insanların həyat və sağlamlığına ziyan vurmayan səviyyədə saxlanılması üçün isə pestisidlərin tətbiqetmə dozasına və vaxtına, məhsulun növünə uyğun pestisid seçilməsinə, məhsul yığımının vaxtına, məhsulun emal və saxlanma qaydalarına əməl edilməlidir.
Sahibkarlıq subyektləri bu videoçarx vasitəsilə qeyd olunan məsələlər barədə ətraflı məlumat əldə edə biləcəklər.
▶ AQTA tərəfindən hazırlanan pestisid qalıqlarına dair yeni videoçarx
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş