Ramazan ayında düzgün qidalanma
4 Mart 2025 14:37
Oruc tutanlar necə qidalanmalıdır?
Ramazan ayında qidalanma qaydalarına düzgün əməl etmək çox vacibdir. Xüsusilə imsakda qidaların düzgün seçilməsi önəmli məqamlardan biridir. Tam taxıl çörəyi, yulaf, düyü, bulqur, yumurta, qatıq, yoğurt, pendir, müxtəlif tərəvəz və meyvələrin istehlakı gün boyu toxluq hissi yaratmaqla bərabər susuzluğu azaltmağa kömək edir. Həmçinin zeytun yağı, eləcə də qoz və fındığın tərkibindəki sağlam yağlar enerjini artırır.
İftarı ilıq su ilə açmaq susuzluğu aradan qaldırır. Yüngül, lakin doyumlu yeməklər yemək tövsiyə olunur. Məsələn, şorba, salatlar və ya bişmiş tərəvəzlər olduqca faydalıdır. Günün ikinci yeməyi kimi ət və təzə tərəvəzlərlə hazırlanmış yeməklər məqsədəuyğun hesab olunur.
İftarla imsak arasında kifayət qədər maye qəbulu isə bədənin susuz qalmasının qarşısını alır. Həmçinin quru meyvə və çərəz kimi enerjini artıran qidalar bədənin ehtiyac duyduğu vitamin və mineralları təmin edir.
Ramazan süfrəsində xəmir xörəkləri, qızartmalar, yağlı və kalorili yeməklərdən uzaq durmaq lazımdır. Ət, meyvə, tərəvəz, süd məhsulları və sağlam yağlar arasında balans yaratmağa diqqət edin. Ramazan ayında yaxşı qidalanmaqla yanaşı fiziki aktivlik, düzgün yuxu rejimi və istirahət də önəmlidir.
Oxşar xəbərlər
AQTA sədri Şəmkirdə istixana təsərrüfatlarında olub
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Şəmkir rayonunda fəaliyyət göstərən “Shamkir Greenhouse” MMC və “AM Brothers Agro” MMC-nin istixana təsərrüfatlarında olub.
Ölkədə fəaliyyətinə icazə verilən heyvan bazarlarının sayı 22-ə çatdı - VİDEO
Qazax və Gədəbəy rayonlarında yerləşən heyvan bazarlarının biotəhlükəsizlik, həmçinin müasir standartlara uyğun yenidənqurma və abadlaşdırma işlərindən sonra fəaliyyətinə icazə verilib. Belə ki, bazarların giriş-çıxış qapısında dezbaryerlər quraşdırılıb, baytarlıq nəzarəti zamanı xəstəlik əlamətləri aşkar edilən heyvanların digər heyvanlardan təcrid olunaraq saxlanılması məqsədilə xüsusi izolyatorlar tikilib.
Ölkənin 33 rayon və şəhərində müasir heyvan kəsimi məntəqələri qurulmalıdır - VİDEO
Ət və ət məhsullarının təhlükəsizliyinin təmin edilməsi baxımından heyvanların kəsiminin müvafiq baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə cavab verən ixtisaslaşdırılmış kəsim məntəqələrində həyata keçirilməsi mühüm əhəmiyyət daşıyır. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən aparılan monitorinqlər göstərir ki, hazırda ölkənin 33 rayon və şəhərində heyvan kəsimi məntəqəsi ya mövcud deyil, ya da fəaliyyət göstərmir. Əhalinin sıx məskunlaşdığı bu bölgələrdə heyvan kəsimi məntəqələrinin mövcud olmaması heyvanların kəsiminin əksər hallarda küçələrdə, yol kənarlarında həyata keçirilməsinə şərait yaradır. Bu da öz növbəsində kəsim prosesinin, eləcə də əldə olunan ət və ət məhsullarının təhlükəsizliyinə nəzarətin təmin edilməsində birbaşa çətinliklər yaradır.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş