Xurmanın faydaları
12 Mart 2025 16:47
Xurma həm dadlı, həm də çox faydalı bir meyvədir. Bu şirin meyvə Ramazan ayında oruc tutanlar üçün əvəzolunmaz qidalardan sayılır. Yüksək qida dəyərinə malik olduğu üçün orqanizmin aclığa olan müqavimətini artırır və bədənin enerji səviyyəsini yüksək saxlamağa kömək edir.
Bir ədəd quru xurmada 20-28 kkalori (kilokalori) var. Tərkibi vitamin, mineral, meyvə şəkəri, zülal, karbohidrat və lif baxımından olduqca zəngindir. Xurmanı sadəcə Ramazan ayında deyil, mütəmadi olaraq, qəbul etmək məsləhətdir.
Xurma qida dəyəri baxımından çox faydalı olsa da, tərkibində yüksək miqdarda təbii şəkər var. Əgər şəkər xəstəsi və ya artıq çəki problemi olan bir şəxs xurma yemək istəyirsə, həkimin tövsiyə etdiyi miqdarda və balanslı qidalanma çərçivəsində qəbul etməlidir.
Xurma alarkən onun xarici görünüşünə diqqət yetirmək lazımdır. Xurmanın üzərində zədə və kif əlamətləri olmamalıdır. Qablaşdırılmış halda satılan xurmanı alarkən buraxılış və son istifadə tarixinə mütləq nəzər yetirmək lazımdır.
Yaxşı yetişmiş xurma tünd qəhvəyi rəngli, mat, ləkəsiz, yumşaq, çəyirdəkli olmalıdır. Xurma istiyə və günəş şüasına birbaşa məruz qalmadan, sərin səraitdə və ya soyuducuda saxlanmalıdır. Xurmanı yeməzdən əvvəl mütləq yumaq lazımdır.
Oxşar xəbərlər
AQTA sədri Şəmkirdə istixana təsərrüfatlarında olub
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Şəmkir rayonunda fəaliyyət göstərən “Shamkir Greenhouse” MMC və “AM Brothers Agro” MMC-nin istixana təsərrüfatlarında olub.
Ölkədə fəaliyyətinə icazə verilən heyvan bazarlarının sayı 22-ə çatdı - VİDEO
Qazax və Gədəbəy rayonlarında yerləşən heyvan bazarlarının biotəhlükəsizlik, həmçinin müasir standartlara uyğun yenidənqurma və abadlaşdırma işlərindən sonra fəaliyyətinə icazə verilib. Belə ki, bazarların giriş-çıxış qapısında dezbaryerlər quraşdırılıb, baytarlıq nəzarəti zamanı xəstəlik əlamətləri aşkar edilən heyvanların digər heyvanlardan təcrid olunaraq saxlanılması məqsədilə xüsusi izolyatorlar tikilib.
Ölkənin 33 rayon və şəhərində müasir heyvan kəsimi məntəqələri qurulmalıdır - VİDEO
Ət və ət məhsullarının təhlükəsizliyinin təmin edilməsi baxımından heyvanların kəsiminin müvafiq baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə cavab verən ixtisaslaşdırılmış kəsim məntəqələrində həyata keçirilməsi mühüm əhəmiyyət daşıyır. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən aparılan monitorinqlər göstərir ki, hazırda ölkənin 33 rayon və şəhərində heyvan kəsimi məntəqəsi ya mövcud deyil, ya da fəaliyyət göstərmir. Əhalinin sıx məskunlaşdığı bu bölgələrdə heyvan kəsimi məntəqələrinin mövcud olmaması heyvanların kəsiminin əksər hallarda küçələrdə, yol kənarlarında həyata keçirilməsinə şərait yaradır. Bu da öz növbəsində kəsim prosesinin, eləcə də əldə olunan ət və ət məhsullarının təhlükəsizliyinə nəzarətin təmin edilməsində birbaşa çətinliklər yaradır.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş