Agentlik orta və kiçik sahibkarlıq subyektlərini HACCP sistemini tətbiq etməyə çağırır
23 Dekabr 2025 14:25
Orta və kiçik sahibkarlıq subyektləri 30 iyun 2026-cı il tarixinədək öz qida obyektlərində Təhlükənin Analizi və Kritik Nəzarət Nöqtələri (HACCP) sistemini qurmalıdır.
“Qida təhlükəsizliyi haqqında” qanuna əsasən, HACCP sisteminin tətbiqi sahibkarlıq subyektləri üçün məcburidir. HACCP qida təhlükəsizliyini təmin etmək üçün tətbiq olunan idarəetmə sistemidir. Sistem qida məhsullarının təhlükəsizliyinin təmin edilməsinə, keyfiyyətinin yüksəldilməsinə töhfə verir.
Agentlik qeyd edir ki, iri sahibkarlıq subyektlərində HACCP-ın tətbiqi başa çatıb. Artıq bu müəssisələrdə aparılan nəzarət tədbirləri zamanı HACCP sisteminin tətbiqi vəziyyəti yoxlanılır. 30 iyun 2026-cı il tarixindən isə orta və kiçik sahibkarlıq subyektlərində sistem tətbiq olunmayan müəssisələrdə qanunvericiliyə uyğun tədbirlər görüləcək.
Agentlik bir daha bütün orta və kiçik sahibkarlıq subyektlərini öz obyektlərində HACCP sistemini tətbiq etməyə çağırır.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş