AQTA əməkdaşlarının təlimlərdə iştirakı davam edir
24 Dekabr 2024 16:41
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) strukturuna daxil olan qurumlarda çalışan şəxslərə “Peşəkar kommunikasiya və emosional zəka: komandadaxili birliyin artırılması” mövzusunda təlim keçirilib.
AQTA-da Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil olunan təlimdə iştirakçılar işçilər arasında peşəkar kommunikasiyanın inkişaf etdirilməsinə, emosional zəkanın iş həyatına təsirinə və komandadaxili birliyin artırılması üçün psixoloji məqamlara dair məlumatlandırılıb. Həmçinin təlim müddətində əsas səriştələrdən biri hesab olunan kommunikasiya ilə bağlı test tapşırıqları və emosional zəkanı təsvir edən videoçarxlar təqdim edilib.
Sonda iştirakçıların sualları cavablandırılıb, davranış strategiyaları və həll yolları müzakirə olunub.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş