-
Respublikanın baş dövlət baytarlıq müfəttişi tərəfindən verilmiş Qərarlar
- Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatına əsasən epizootik sağlamlıq statusu bərpa olunan ərazilərə dair məlumat (18 yanvar 2024)
- Dünyadakı epizootik vəziyyət barədə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) məlumatı (fevral 2024-cü il)
- Dünyadakı epizootik vəziyyət barədə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) məlumatı (mart 2024-cü il)
- Kəsim məntəqələri
- Baytarlıq tələbləri
- Preparatların dövlət qeydiyyatı
- Baytarlıq qərarları
- Nəzarət tədbirləri
- Xəbərlər
AQTA ilə Moldovanın Milli Qida Təhlükəsizliyi Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb
11 Aprel 2025 16:11
Bakıda keçirilən Azərbaycan Respublikası ilə Moldova Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 6-cı iclası çərçivəsində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Moldova Respublikasının Milli Qida Təhlükəsizliyi Agentliyi arasında baytarlıq sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. AQTA sədri Qoşqar Təhməzli və Moldova Respublikası Baş Nazirinin müavini, Regional İnkişaf və İnfrastruktur naziri Vladimir Boleanın imzaladığı Memorandumda baytarlıq sahəsində qarşılıqlı əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur.
İclasın sonunda Azərbaycan-Moldova arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 6-cı iclasının yekunlarına dair protokolu təsdiqlənib. Sənəd iki ölkə arasında ticarət dövriyyəsinin artırılması, kənd təsərrüfatı, qida təhlükəsizliyi, energetika, nəqliyyat, elmi-texniki və humanitar, sosial, səhiyyə, mədəniyyət, əqli mülkiyyət, ətraf mühit, idman və turizm sahələrində ikitərəfli əməkdaşlığı daha da inkişaf etdirməyi nəzərdə tutur. Yekun protokolda həmçinin iki ölkə arasında ikitərəfli münasibətlərin hüquqi-normativ bazasının daha da təkmilləşdirilməsi niyyəti öz əksini tapıb.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş