AQTA ilə ÜST və FAO arasında əməkdaşlığın genişləndirilməsinə dair müzakirələr aparılıb
14 Mart 2024 13:49
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Ümümdünya Səhiyyə Təşkilatı (ÜST) və Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) nümayəndələri ilə görüşüb.
Görüş zamanı Q.Təhməzli ölkəmizdə qida təhlükəsizliyinin təmin olunması istiqamətində görülən işlər, həmçinin bu istiqamətdə beynəlxalq təşkilatlar və xarici ölkələrlə əməkdaşlıq çərçivəsində həyata keçirilən tədbirlər barədə qonaqları məlumatlandırıb.
Görüşdə daha sonra Kodeks Alimentarius Komissiyası çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilib, “Dayanıqlı və yüksək səviyyədə təşkil olunmuş Milli Kodeks Sisteminin yaradılması üçün Azərbaycan Respublikasına dəstək” layihəsi üzrə həyata keçirilən işlər nəzərdən keçirilib. Həmçinin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) təşkili, “Vahid Sağlamlıq” konsepsiyası və sağlam qidalanma ilə bağlı əməkdaşlığın genişləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlərə də toxunulub.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş