AQTA qida və yem məhsullarının izlənilməsi ilə bağlı məlumat yayıb
6 Avqust 2025 10:54
Məlum olduğu kimi, qida təhlükəsizliyinin təmin olunmasında məhsulların istehsal mərhələsindən son istehlakadək hərəkətinin izlənilməsi mühüm rol oynayır. Bildiririk ki, məhsulların mənşəyinin və hərəkət zəncirinin qeydə alınmaması, qida mənşəli risklərin vaxtında aşkarlanmasına, habelə istehlakçıların qida və yem məhsulu ilə bağlı dolğun və dəqiq məlumatlar əldə etməsinə maneə yaradır.
Bu səbəbdən “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununun 27.1-ci maddəsinə əsasən, qida subyektləri onları qida və yem məhsulları, qida məhsulları əldə edilən heyvanlar, yaxud qida və yem məhsullarına əlavə edilməsi nəzərdə tutulan maddələrlə təchiz edən və ya özlərinin təchiz etdiyi digər subyektləri müəyyən etməyə imkan verən izləmə sisteminə və prosedurlarına malik olmalıdırlar.
Belə ki, qida subyektləri fəaliyyətlərini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 13 aprel tarixli 107 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qida təhlükəsizliyi sahəsində məhsulların izlənilməsi Qaydası”na uyğun təşkil etməlidirlər.
Qeyd edək ki, sahibkarlar bu sahədə çalışan əməkdaşların maarifləndirilməsini və izlənilə bilmə sistemlərinin qurulmasını müvafiq ixtisasa malik mütəxəssislər vasitəsilə özləri həyata keçirə və ya bu məqsədlə ixtisaslaşmış müəssisələrə müraciət edə bilərlər.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş