AQTA sağlam həyat tərzi və sağlam qidalanma ilə bağlı maarifləndirmə işlərinin miqyasını genişləndirib
15 Aprel 2024 11:22
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) “Şəkəri azalt, ömrünü uzat!” kampaniyası ilə bağlı təbliğat-təşviqat işlərini davam etdirir.
Bu çərçivədə Agentlik tərəfindən üzərində “Şəkəri azalt, ömrünü uzat!” yazılmış bilbordlar hazırlanıb. Həmin konstruksiyalar paytaxtın bir sıra küçə və prospektlərində, Bakı metropoliteninin stansiyalarında və qatarlarda yerləşdirilib.
Qeyd edək ki, kampaniya çərçivəsində AQTA tərəfindən maarifləndirici məlumatlar, bukletlər və videoçarxlar da hazırlanaraq ictimaiyyətə təqdim olunur. Həmçinin təhsil müəssisələrində görüşlər keçirilir. Artıq Azərbaycan Dövlət Neft və Sənaye Universitetində, Bakı Dövlət Universitetində, Azərbaycan Kooperasiya Universitetində, Azərbaycan Texniki Universitetində, həmçinin bir neçə ümumtəhsil müəssisələrində və körpələr evi-uşaq bağçalarında görüşlər təşkil olunub. Tədbirlərdə AQTA və AQTİ-nin mütəxəssisləri tərəfindən "Şəkərin zərərləri", "Şəkər əvəzediciləri" və "Gündəlik qida rasionunda meyvə-tərəvəzin əhəmiyyəti" mövzularında təqdimatlar edilib.
Təhsil müəssisələrində görüşlərin keçirilməsi ilə yanaşı, növbəti mərhələdə iri ticarət mərkəzlərində və supermarketlərdə maarifləndirici stendlərin qurulması nəzərdə tutulur. Stendləri ziyarət edən şəxslərə kampaniya ilə bağlı ətraflı məlumat veriləcək, onlara müxtəlif simvolik hədiyyələr təqdim olunacaq. Aprelin 26-da isə "Qida Təhlükəsizliyi" Simpoziumu təşkil ediləcək.
Onu da bildirək ki, “Şəkəri azalt, ömrünü uzat!” kampaniyası əhali arasında sağlam həyat tərzinin təbliğ olunması və vətəndaşların sağlam qidalanmaya, o cümlədən şəkərin normaya uyğun qaydada istehlak edilməsinə təşviq olunması məqsədilə həyata keçirilir.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş