AQTA sədri Ağsuda vətəndaşları qəbul edəcək
1 Aprel 2025 15:40

Aprelin 25-i saat 10:00-da Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Ağsu Rayon İcra Hakimiyyətinin inzibati binasında Ağsu, İsmayıllı, Qobustan, Şamaxı rayonlarından olan vətəndaşların qəbulunu keçirəcək.
Vətəndaşlar ad, soyad, ata adı, müraciətin məzmunu, yaşayış ünvanı və telefon nömrəsini göstərməklə info@afsa.gov.az elektron ünvanına rəsmi şəkildə müraciət edərək və ya “1003-Çağrı Mərkəzi” ilə əlaqə saxlayaraq aprelin 24-dək qəbula yazıla bilərlər.
Agentliyin səlahiyyət dairəsinə aid məsələlərlə yanaşı, AQTA-nın region üzrə yerli bölmələrində işlə təmin olunmaq istəyən müvafiq ixtisaslara yiyələnmiş vətəndaşlar da müraciət edə bilərlər.
Oxşar xəbərlər

Dünyadakı epizootik vəziyyətə uyğun olaraq bəzi məhdudiyyətlər tətbiq olunub
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, Çin Xalq Respublikasının Sincan Uyğur muxtar regionunda xırdabuynuzlu heyvanların taun, Andorra Knyazlığının Ordino inzibati ərazi vahidində blutanq, Tunis Respublikasının Aryana, Ben-Arous, Beca, Qafsa, Cenduba, Mahdiya, Manuba, Sfax, Silyana, Susa, Zaqvan, Kebili, Medenin vilayətlərində, Koreya Respublikasının Collanam-do əyalətində, Slovakiya Respublikasının Trnavsk, Bratislava diyarlarında isə dabaq xəstəliyi aşkarlanıb. Bundan başqa, Polşa Respublikasının Podkarpatsk, Malopolsk inzibati ərazilərində, Şimali Makedoniya Respublikasının Poloq regionunda Nyukasl, Kamboca Krallığının Kamponq Çnanq, Prea Sianuk əyalətlərində, Şotlandiyanın Haylənd inzibati ərazi vahidində, Amerika Birləşmiş Ştatlarının Nyu-Cersi ştatında, Polşa Respublikasının Sventokşisk inzibati ərazisində, Nigeriya Federativ Respublikasının Kaduna, Zamfara ştatlarında, Toqo Respublikasının Mərkəz, Maritaym vilayətlərində, Banqladeş Xalq Respublikasının Kxulna vilayətində, Hindistan Respublikasının Karnataka ştatında, Toqo Respublikasının Maritaym vilayətində, İngiltərənin Şimal-Şərqi İngiltərə regionunda isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. Respublika ərazisinin qeyd olunan yoluxucu xəstəliklərdən qorunması üçün zonalaşma prinsipi nəzərə alınmaqla, diri iri və xırdabuynuzlu heyvanların, onlara aid məhsulların, habelə diri quş və quşçuluq məhsullarının idxalı və tranzit daşınması ilə bağlı ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq müvəqqəti məhdudiyyət tətbiq olunub. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Ölkəyə idxal olunan bir sıra ət məhsullarında uyğunsuzluq aşkarlanıb
Nəzarət tədbirləri çərçivəsində ölkəmizə idxal olunan bir sıra ət məhsulu partiyalarından Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən götürülmüş nümunələrdə uyğunsuzluq aşkarlanıb. Uyğunsuzluq aşkarlanan məhsullar aşağıdakılardır:

Sumqayıtda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlanıb
Sumqayıt şəhəri, 5-ci mikrorayon, N.Nərimanov küçəsi 36 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Rəhimov Səxavət İmran oğluna məxsus “Dostluq” kafesində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən yoxlama keçirilib. Baxış zamanı müəssisədə sanitar-gigiyenik və sanitar-texniki vəziyyətin qənaətbəxş olmadığı, məhsulların saxlanması zamanı temperatur rejiminə əməl edilmədiyi, işçi heyətin tibbi müayinədən keçmədiyi və digər nöqsanlar müəyyən olunub. Həmçinin soyuducuda etiketlənməsi aparılmayan qida məhsulları aşkarlanıb. Faktla bağlı müəssisənin fəaliyyətinə nöqsanlar aradan qaldırılanadək müvəqqəti məhdudiyyət qoyulub, rəhbəri barəsində inzibati qərar qəbul edilərək cərimə tətbiq edilib və qanunvericiliyə uyğun zəruri tədbirlər görülüb.
