AQTA sədri Belarus səfiri ilə görüşüb
15 Sentyabr 2026 18:03
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Belarus Respublikasının ölkəmizdəki səfiri Dmitri Pineviçlə görüşüb.
Görüşdə qida obyektlərinin təsdiqi sistemi, quş əti məhsullarının sertifikatlaşdırılması, həmçinin Quba rayonunda quduzluq xəstəliyinə qarşı “Rabisafe” preparatının istehsalı məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Eyni zamanda, digər baytarlıq preparatlarının birgə istehsalı perspektivləri də nəzərdən keçirilib. Həmçinin AQTİS ilə Belarusun BELFITO informasiya sistemi arasında inteqrasiya məsələsi müzakirə edilib. Qeyd olunub ki, bu istiqamətdə texniki şərtlər hazırlanıb və hazırda razılaşdırılma mərhələsindədir.
Görüşdə iki ölkə arasında ticarət əlaqələrinin qida məhsulları üzrə genişləndirilməsi də diqqət mərkəzində olub. Tərəflər mövcud əməkdaşlığın daha da genişləndirilməsi, informasiya mübadiləsinin və birgə layihələrin inkişaf etdirilməsi ilə bağlı razılaşmaların davam etdirilməsinin vacibliyini vurğulayıblar.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş