AQTA sədri heyvandarlıq məhsullarının istehsalı, emalı, həmçinin heyvan və quş kəsimi sahəsində fəaliyyət göstərən sahibkarları qəbul edib
9 Yanvar 2025 11:00
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Agentliyin inzibati binasında vətəndaşların qəbulunu davam etdirir.
Bu çərçivədə bu gün heyvandarlıq məhsullarının istehsalı, emalı, həmçinin heyvan və quş kəsimi sahəsində fəaliyyət göstərən sahibkarlar üçün qəbul keçirilib. Qəbul zamanı sahibkarların müraciət və təklifləri dinlənilib, sualları cavablandırılıb, aidiyyəti üzrə göstərişlər verilib. Onlar mövcud qanunvericilik və tələblər barədə ətraflı məlumatlandırılıb. Heyvandarlıq məhsullarının istehsalı və emalı zamanı təhlükəsizlik və keyfiyyət göstəricilərinin, eləcə də heyvan və quş kəsiminin müvafiq tələblərə cavab verməsinin vacibliyi önə çəkilib.
Q.Təhməzli bundan əvvəl heyvandarlıq və quşçuluq təsərrüfatı sahələri, quş və quş əti, yumurta istehsalı, idxalı, ixracı sahələrində fəaliyyət göstərən sahibkarları qəbul edib.
Qeyd edək ki, qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlıq subyektləri, o cümlədən qida məhsullarının istehsalı, emalı, idxal-ixracı sahəsində çalışan şəxslər və vətəndaşlar onları narahat edən məsələlərlə bağlı AQTA sədri ilə görüşə bilərlər. Görüşlərdə iştirak etmək istəyən şəxslər ad, soyad, fəaliyyət sahəsi, müraciətin məzmunu və telefon nömrələrini göstərməklə info@afsa.gov.az elektron poçtu vasitəsilə müraciət etməklə və ya (+994 50) 515 51 87 nömrəsinə zəng etməklə, həmçinin vatsap üzərindən əlaqə saxlamaqla qəbula yazıla bilərlər.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş