AQTA sədri ÜST-nin Azərbaycan üzrə nümayəndəsi ilə görüşüb
27 Sentyabr 2023 11:28
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı ilə görüşüb.
Görüşdə Agentliklə ÜST arasında əməkdaşlığın perspektivləri, birgə həyata keçiriləcək tədbirlərlə bağlı fikir mübadiləsi aparılıb. Müzakirələr zamanı cari ilin 14-15 sentyabr tarixlərində Bakıda “Dayanıqlı və yüksək səviyyədə təşkil olunmuş Milli Kodeks Sisteminin yaradılması üçün Azərbaycan Respublikasına dəstək” layihəsi çərçivəsində Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Kodeks Alimentarius Komissiyası və AQTA-nın birgə təşkilatçılığı ilə “Qida standartları həyatları xilas edir” mövzusunda Agentliyin 5 illiyinə və Kodeksin 60 illiyinə həsr olunmuş tədbirin uğurla keçirildiyi məmnunluqla qeyd olunub. AQTA sədri tədbirdə iştiraka görə H.Harmancıya təşəkkür edib, ÜST ilə birgə əməkdaşlıq çərçivəsində icra olunacaq layihələrin əhəmiyyətinə toxunub.
Q.Təhməzli görüş zamanı əhali arasında sağlam qidalanmanının təşviqi, qida təhlükəsizliyi vərdişlərinin aşılanması məqsədilə həyata keçirilən tədbirlər barədə qonağı məlumatlandırıb. H.Harmancı isə birgə əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində səylərin artırılacağını vurğulayıb.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlərlə də bağlı fikir mübadiləsi aparılıb.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş