AQTA və KTN-nin nümayəndələri Naxçıvanda səfərdə olublar
30 İyul 2026 20:55
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədr müavini Əziz Şərifovun rəhbərlik etdiyi nümayəndə heyəti iyulun 30-da Naxçıvan Muxtar Respublikasına (MR) səfər edib. Nümayəndə heyətinin üzvləri Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilovla görüşüblər.
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin və quşçuluq təsərrüfatı rəhbərlərinin də iştirakı ilə keçirilən görüşdə dövlət dəstəyi nəticəsində muxtar respublikada epizootik sabitliyin qorunması, biotəhlükəsizlik məsələləri, əhalinin quş əti və süfrə yumurtasına olan daxili tələbatının ödənilməsi, eləcə də gələcəkdə ixrac potensialının yaradılması istiqamətində görüləcək kompleks tədbirlər barədə danışılıb.
Daha sonra 4 quşçuluq təsərrüfatına baxış keçirilərək müəssisələrin istehsal gücü, damazlıq və yem təminatı, infrastruktur imkanları ilə bağlı mövcud vəziyyət qiymətləndirilib. Yerli təsərrüfat sahibləri ilə fikir mübadiləsi aparılıb.
Naxçıvanda quşçuluq təsərrüfatlarının dayanıqlı inkişafına yönəlmiş birgə fəaliyyətin davam etdirilməsi nəzərdə tutulur.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş