AQTA və UNICEF əməkdaşlığı genişləndirir
16 Aprel 2024 17:44
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) sağlam qidalanmanın təşviqi istiqamətində beynəlxalq təşkilatlarla əməkdaşlığı daha da genişləndirib.
Bu çərçivədə AQTA ilə Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) birgə tədbirlər həyata keçirəcək. Əməkdaşlıq çərçivəsində “Ana südü əvəzedilməzdir”, “Buğda ununun zənginləşdirilməsi” və bir sıra xüsusilə də həssas əhali qrupundan olan uşaqları hədəf alan layihələr icra olunacaq. Körpə və erkən yaşlı uşaqların qidalanması üçün nəzərdə tutulan məhsullarla bağlı qanunvericilik aktlarının təkmilləşdirilməsi istiqamətində işlər görüləcək. Eyni zamanda hamilə və süd verən anaların sağlam qidalanmasına töhfə verəcək elmi əsaslı məlumat toplusu hazırlanacaq.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş