Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası “Qida təhlükəsizliyi tək dövlətin deyil, hər kəsin işidir” təşəbbüsünü dəstəkləyir - VİDEO
13 Noyabr 2025 11:48
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi yanında Məşvərət Şurası tərəfindən həyata keçirilən “Qida təhlükəsizliyi tək dövlətin deyil, hər kəsin işidir” kampaniyası çərçivəsində növbəti videoçarx ictimaiyyətə təqdim olunur.
Bu dəfə Şuranın üzvü, Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Mürvət Həsənli sağlam və etibarlı heyvan mənşəli qidaların istehsalının vacibliyi, qida təhlükəsizliyinə diqqət və istehlakçıların təhlükəsiz məhsullara çıxış imkanları barədə danışır.
Videoçarxda həmçinin müasir heyvandarlıqda keyfiyyət və məhsuldarlığın təmin olunmasında əsas amillər və istehsal prosesinə nəzarət mexanizmləri ümumi şəkildə təqdim olunur.
Qida təhlükəsizliyi tək dövlətin deyil, hər kəsin işidir! Gəlin, təhlükəsiz qida ilə sağlam gələcəyə birlikdə addımlayaq!
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş