Azərbaycan və Slovakiya arasında qida təhlükəsizliyi və heyvan sağlamlığı sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb
10 Dekabr 2025 17:04
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Slovakiya Respublikasına rəsmi səfəri çərçivəsində dekabrın 9-da Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə Slovakiya Respublikasının Dövlət Baytarlıq və Qida Administrasiyası arasında “Heyvan sağlamlığı və qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” imzalanıb.
Memorandum tərəflər arasında qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq çərçivəsinin genişləndirilməsini və qida təhlükəsizliyi, eləcə də heyvan sağlamlığı sahəsində əlaqələrin inkişaf etdirilməsini nəzərdə tutur.
Sənədin imzalanması qida təhlükəsizliyi, heyvan sağlamlığı, risklərin idarə edilməsi, qida zənciri daxilində məhsulların izlənilməsi, laborator diaqnostika, epizootik məlumat mübadiləsi, sertifikatlaşdırma, birgə tədqiqatlar və kadr hazırlığı sahələrində tərəflər arasında daha səmərəli və koordinasiyalı əməkdaşlıq üçün yeni imkanlar yaradacaq.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş