Fəaliyyəti məhdudlaşdırılan müəssisələrdə sağlamlaşdırma işləri davam edir
9 Sentyabr 2025 11:17
Qida Təhlükəsizliyi Agentliyinin Abşeron-Xızı regional bölməsinin əməkdaşları tərəfindən cari ilin 8 ayı ərzində keçirilən yoxlamalar zamanı 78 ictimai iaşə müəssisəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb. Bunlardan insan həyatı və sağlamlığı üçün təhlükə yaradan 10 müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb. Həmin müəssisələrdən 8-i tam sağlamlaşdırılaraq, yəni qida obyektinin qida təhlükəsizliyi tələblərinə uyğunluğu tam təmin edilərək fəaliyyəti bərpa olunub, 2-də isə müvafiq tədbirlər görülməkdədir.
Sözügedən müəssisələr aşağıdakılardır:
|
№ |
Sahibkarlıq subyekti |
Obyekt |
Fəaliyyət ünvanı |
Sağlamlaşdırma işləri |
|
1 |
Nəcəfova Almaz Nəriman qızı |
"Balaca" çay evi |
Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi, 28-ci məhəllə |
Tam sağlamlaşdırılaraq fəaliyyəti bərpa olunub |
|
2 |
Məmmədov Məmməd Tofiq oğlu |
"Məhəllə" kafesi |
Abşeron rayonu, Xırdalan şəhəri, S.Bəhlulzadə küçəsi |
Tam sağlamlaşdırılaraq fəaliyyəti bərpa olunub |
|
3 |
Hüseynov Fəxrəddin İsa oğlu |
kafe |
Abşeron rayonu, Novxanı kəndi |
Tam sağlamlaşdırılaraq fəaliyyəti bərpa olunub |
|
4 |
Məmişov Qoşqar Sabit oğlu |
“Dağlılar Balıq Evi” restoranı |
Abşeron rayonu, Novxanı qəsəbəsi |
Sağlamlaşdırılma işləri davam edir |
|
5 |
Həsənov Əhməd Mirəli oğlu |
"Qardaşlar" kafesi |
Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi |
Tam sağlamlaşdırılaraq fəaliyyəti bərpa olunub |
|
6 |
Hacıyev Ceyhun Telman oğlu |
“Diana” ailəvi istirahət mərkəzi |
Sumqayıt şəhəri, Novxanı-Sumqayıt yolu |
Tam sağlamlaşdırılaraq fəaliyyəti bərpa olunub |
|
7 |
Bəxtiyarov Ayaz Mövlud oğlu |
"İstanbul" kafesi |
Sumqayıt şəhəri, M.Lermantov küçəsi 33 |
Sağlamlaşdırılma işləri davam edir |
|
8 |
Rəhimov Səxavət İmran oğlu |
"Dostluq" kafesi |
Sumqayıt şəhəri, 5-ci mkr, N.Nərimanov küçəsi 36 |
Tam sağlamlaşdırılaraq fəaliyyəti bərpa olunub |
|
9 |
Kərimli İbrahim Əlisa oğlu |
“Xan” dönər evi |
Sumqayıt şəhəri, 6-cı mkr, Yeni Corat qəsəbəsi |
Tam sağlamlaşdırılaraq fəaliyyəti bərpa olunub |
|
10 |
Abdurrahmanov Vüsal Şamil oğlu |
"Hokkan" pub-kafe |
Sumqayıt şəhəri, S.Vurğun küçəsi 43E |
Tam sağlamlaşdırılaraq fəaliyyəti bərpa olunub |
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş