Mingəçevirdə nöqsanlar aşkarlanan çörək istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb
20 İyun 2024 14:51
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Mingəçevir şəhəri, H.Əliyev prospekti, ev 61 ünvanında yerləşən “Yaşar firması” MMC-yə məxsus bazarın daxilində fəaliyyət göstərən çörək istehsalı müəssisəsində yoxlama həyata keçirilib.
Yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ sənədlərin tələblərinin kobud şəkildə pozulduğu, sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı məlum olub. Belə ki, emal zamanı normativ sənədlərin tələblərinə əməl edilmədiyi, texnoloji ardıcıllıq prinsipinə riayət olunmadığı, emal sahəsində yerləşən avadanlıqların yuyulub təmizlənmədiyi, xammalların birbaşa yerdən yığıldığı, işçi heyətin xüsusi geyimlə təmin olunmadığı, mütəmadi təmizlik işlərinin aparılmadığı və digər nöqsanlar aşkarlanıb.
Faktla bağlı qanunvericiliyə uyğun olaraq müəssisə rəhbərliyi inzibati məsuliyyətə cəlb edilib, müəssisənin fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı müvafiq qərar qəbul olunub.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş