Özbəkistanda AQTİS-in təqdimatı olub
10 Fevral 2026 12:32
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) nümayəndə heyətinin Özbəkistan Respublikasına səfəri davam edir. Səfərin növbəti günündə Agentliyin mütəxəssisləri tərəfindən “Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi” İnformasiya Sistemi (AQTİS) barədə Özbəkistan tərəfinə geniş təqdimat edilib. Təqdimat zamanı AQTİS-in modulları, login sistemi, qeydiyyat və təsdiq, heyvanların identifikasiyası, həmçinin idxal-ixrac əməliyyatları barədə ətraflı məlumat verilib.
AQTİS qida təhlükəsizliyi sahəsində şəffaflığın və hesabatlılığın təmin edilməsi, idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi, dövlət nəzarətinin gücləndirilməsi, həyata keçirilən tədbirlərin operativliyinin və səmərəliliyinin yüksəldilməsi, eləcə də sahibkarların işlərinin asanlaşdırılması məqsədilə yaradılan elektron sistemdir.
Xatırladaq ki, Özbəkistanda qida təhlükəsizliyi sahəsində Azərbaycan təcrübəsinin tətbiqi nəzərdə tutulur.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş