Qəhvəyi mərmər bağacığına qarşı maarifləndirici tədbirlər davam edir
16 Mart 2026 12:59
Qida Təhlükəsizliyi Agentliyinin Qarabağ regional bölməsinin əməkdaşları tərəfindən “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin əməkdaşları ilə birgə Ağdərə rayonunun Vəngli, Kolatağ kəndlərində, Xocalı rayonunda, Xanyurdu, Ballıca, Seyidbəyli, Mehdibəyli kəndlərində və Əsgəran qəsəbəsində qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri ilə bağlı maarifləndirici görüşlər keçirilib.
Görüşlər zamanı qəhvəyi mərmər bağacığının morfologiyası, yayılma yolları və qarşısını almaq üçün zəruri mübarizə tədbirləri barədə ətraflı məlumat verilib.
Tədbirlərdə iştirakçıların sualları cavablandırılıb, onlara qəhvəyi mərmər bağacığına dair buklet və maarifləndirici materiallar təqdim edilib.
Eyni zamanda yaşayış evlərində, köhnə tikililərdə və binalarda zərərvericinin mövcudluğunu müəyyən etmək məqsədilə monitorinqlər aparılıb.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş