Qida məhsullarının izlənilməsi təmin edilməlidir - VİDEO
5 İyun 2026 17:16
Məhsulların istehsal mərhələsindən son istehlakadək hərəkətinin izlənilməsi qida təhlükəsizliyinin təmin olunmasında mühüm əhəmiyyət daşıyır. Məhsulların mənşəyi və hərəkət zənciri barədə məlumatların qeydə alınması qida mənşəli risklərin vaxtında aşkarlanmasına, təhlükəli məhsulların dövriyyədən çıxarılmasına, eləcə də istehlakçıların qida və yem məhsulları ilə bağlı dolğun və dəqiq məlumat əldə etməsinə imkan yaradır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 13 aprel tarixli 107 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qida təhlükəsizliyi sahəsində məhsulların izlənilməsi Qaydası” qida və yem məhsullarının, qida məhsulları əldə edilən heyvanların, habelə qida və yem məhsullarına əlavə olunması nəzərdə tutulan maddələrin hərəkətinin izlənilməsi mexanizmini müəyyən edir.
Qayda qida və yem məhsullarının ilkin istehsalı, istehsalı, emalı, dövriyyəsi (istehlakı istisna olmaqla), utilizasiyası və məhv edilməsi daxil olmaqla, qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən qida zənciri subyektlərinə şamil olunur.
“Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 27.1-ci maddəsinə əsasən, qida subyektləri onları qida və yem məhsulları, qida məhsulları əldə edilən heyvanlar, yaxud qida və yem məhsullarına əlavə edilməsi nəzərdə tutulan maddələrlə təchiz edən və ya özlərinin təchiz etdiyi digər subyektləri müəyyən etməyə imkan verən izləmə sisteminə və prosedurlarına malik olmalıdırlar. Bu baxımdan qida subyektlərinə fəaliyyətlərini qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun təşkil etmələri, məhsulların izlənilə bilməsini təmin edən sistemlərin qurulmasına xüsusi diqqət yetirmələri tövsiyə olunur.
Qeyd edək ki, sahibkarlar izlənilmə sistemlərinin qurulmasını və bu sahədə çalışan əməkdaşların maarifləndirilməsini müvafiq ixtisasa malik mütəxəssislər vasitəsilə özləri həyata keçirə və ya bu məqsədlə ixtisaslaşmış müəssisələrin xidmətlərindən yararlana bilərlər.
Daha ətraflı: https://youtu.be/YQGoQihrJ1g?si=b1oyPiTfibyCoCYU
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
AQTA sədri Qoşqar Təhməzli "Xəzər TV" və "Trend" Beynəlxalq İnformasiya Agentliyinə müsahibə verib
Sosial şəbəkələrdə satılan “arıqlama” məhsullarında təhlükəli maddə aşkarlanıb –Video / Foto
Giriş