“Qida təhlükəsizliyi tək dövlətin deyil, hər kəsin işidir” çağırış kampaniyası davam edir
22 Oktyabr 2025 15:23
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi yanında Məşvərət Şurası “Qida təhlükəsizliyi tək dövlətin deyil, hər kəsin işidir” kampaniyasını davam etdirir.
Kampaniya çərçivəsində hazırlanan növbəti videoçarxda Şuranın üzvü, “Qoç Ət Kəndli Fermer Təsərrüfatı” MMC-nin təsisçisi Sənan Təhməzov təhlükəsiz xammal seçiminin, izlənilə bilən təchizat zəncirinin və HACCP sistemlərinin müəssisələr üçün prioritet əhəmiyyət daşıdığını vurğulayır.
O bildirir ki, minlərlə ailənin süfrəsində yer alan məhsulların keyfiyyəti istehsalçıların məsuliyyətini daha da artırır.
Bu istiqamətdə həyata keçirilən tədbirlər ölkədə heyvan xəstəliklərindən azad zonaların formalaşmasına, ixrac coğrafiyasının genişlənməsinə və ixrac olunan məhsul növlərinin sayının artmasına şərait yaradır.
Unutmayaq ki, istehlakçının etibarını qazanmaq çətin olduğu qədər onu qorumaq da böyük məsuliyyət tələb edir.
Qida təhlükəsizliyi tək dövlətin deyil, hər kəsin işidir! Gəlin, təhlükəsiz qida ilə sağlam gələcəyə birlikdə addımlayaq!
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş