Qırmızı Körpü Baytarlıq Nəzarəti Məntəqəsində müvafiq tədbirlər davam etdirilir
23 Oktyabr 2025 15:13
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Qazax rayonunun Gürcüstanla sərhəd buraxılış məntəqəsinə yaxın ərazisində “Qırmızı Körpü” Baytarlıq Nəzarəti Məntəqəsində müvafiq tədbirlər davam etdirilir.
Baytarlıq Nəzarəti Məntəqəsində ölkəyə idxal edilən heyvanlara klinik baxış keçirilir və termoskaner vasitəsilə termometriya aparılır. Xəstəlik şübhəsi olmayan heyvanlar dəhliz boyu hərəkət etdirilərək, yenidən yükləmə platformasına yönəldilir və avtomobilə yüklənərək yola salınır. Xəstəliyə şübhəli heyvanlar ümumi partiyadan ayrılaraq izolyatora yerləşdirilir, baytarlıq müfəttişləri tərəfindən müayinə, zərurət yaranarsa, müalicəsi davam etdirilir. Uyğunsuzluq aşkar edildiyi halda heyvanların gömrük hüdudlarından kənara çıxarılması haqqında qərar qəbul edilir və heyvanlar geri qaytarılır.
Baytarlıq Nəzarəti Məntəqəsinin iş prinsipi barədə hazırlanmış çarxla linkdən tanış ola bilərsiniz:
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş