“Sağlam məktəbli” layihəsi davam edir
28 Oktyabr 2025 11:26
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) yeni tədris ilində “Sağlam məktəbli” layihəsini davam etdirir.
AQTA-nın təşəbbüsü ilə həyata keçirilən bu maarifləndirmə proqramı şagirdlərin sağlam qidalanma və qida təhlükəsizliyi sahəsində biliklərini artırmaq, məktəb mühitində sağlam vərdişləri gücləndirmək məqsədi daşıyır.
Görüş çərçivəsində məktəblilərə Agentliyin fəaliyyət istiqamətləri, eləcə də qida təhlükəsizliyinin təmin olunması və sağlam qidalanmanın vacibliyi barədə məlumat veriləcək. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisləri tərəfindən sağlam qidalanma ilə bağlı müxtəlif interaktiv oyunlar təşkil olunacaq. Həmçinin AQTA könüllüləri sagirdlərə maarifləndirici bukletlər paylayacaq.
Qeyd edək ki, 2018-ci ildə start verilən “Sağlam məktəbli” layihəsi çərçivəsində məktəblilərlə belə görüşlərin davamlı olaraq təşkil edilməsi planlaşdırılıb.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş