“Sirab”və “Badamlı” qazlı mineral suları Qida Təhlükəsizliyi Reyestrinə daxil edilib
6 Noyabr 2025 15:09
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkə ərazisində istehsal olunan və idxal edilən təbii mineral suların qeydiyyatı, keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirlər davam etdirilir.
Təbii mineral suların keyfiyyət və təhlükəsizliyinə dair tələblər AQTA Kollegiyasının 2025-ci il 20 may tarixli Qərarı ilə təsdiq edilmiş “Təbii mineral sulara dair sanitariya norma və qaydaları”nda müəyyən edilib.
İstehsalçılar sənəddə göstərilən fiziki-kimyəvi və mikrobioloji göstəricilərə, istehsal, qablaşdırma, etiketlənmə və dövriyyə tələblərinə tam şəkildə əməl etməlidirlər.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının Babək rayonundakı “Sirab” və Şahbuz rayonundakı “Badamlı” qazlı mineral suları AQTA tərəfindən qeydiyyata alınaraq Qida Təhlükəsizliyi Reyestrinə daxil edilib.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş