Şotlandiyanın Cənubi Ayrşir inzibati ərazi vahidində süngərvari ensefalopatiya xəstəliyi qeydə alınıb
20 İyun 2024 17:29
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir.
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatına əsasən, Şotlandiyanın Cənubi Ayrşir inzibati ərazi vahidində süngərvari ensefalopatiya xəstəliyi qeydə alınıb.
Respublika ərazisinin qeyd olunan yoluxucu xəstəlikdən qorunması üçün Cənubi Ayrşir inzibati ərazi vahidində zonalaşma prinsipi nəzərə alınmaqla, xəstəlik baş vermiş təsərrüfatdan 10 km radiusda olan məsafədən diri iribuynuzlu heyvanların və onlara aid qan və qan tərkibli məhsulların, sümükdən ayrılmamış ətin, mexaniki üsulla əldə olunan sümükdən ayrılmış ətin, 30 aydan yuxarı iribuynuzlu heyvanlardan alınan sümükdən ayrılmış ətin (30 aydan az olan iribuynuzlu heyvanlardan alındığına dair müvafiq baytarlıq şəhadətnaməsi ilə birlikdə zəmanəti ehtiva edən əlavə məktubla müşayiət olunan sümükdən ayrılmış ət istisna olmaqla), məhsuldar heyvanlar üçün yem kimi nəzərdə tutulmuş emal olunmuş iribuynuzlu heyvan zülalları (süd zülalları istisna olmaqla) və məhsuldar heyvanlar üçün yemlərin idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.
Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə qeyd olunan inzibati ərazi vahidindən gələn, yaxud tranzitlə keçib respublikamıza daxil olan, habelə respublika ərazisindən tranzitlə digər ölkələrə gedən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş