“Vahid Sağlamlıq” mentorluq proqramı çərçivəsində tələbələrin mentorlarla görüşləri keçirilir
11 Noyabr 2026 17:31
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) tərəfindən “Vahid Sağlamlıq” mentorluq proqramı çərçivəsində seçilmiş tələbələrin bilik və bacarıqlarının inkişaf etdirilməsi, peşəkar istiqamətləndirilməsi və praktiki təcrübələrinin artırılması məqsədilə onların fərdi profillərinə və maraq dairələrinə uyğun mentorlarla görüşləri keçirilir.
Proqramın 12 həftəlik ardıcıl və standartlaşdırılmış inkişaf modeli əsasında iştirakçılara qida təhlükəsizliyi, bitki və heyvan sağlamlığı, eləcə də ictimai sağlamlıq sahələrini əhatə edən müvafiq bilik və təcrübələr aşılanır.
Görüşlər zamanı mentorlar tərəfindən tələbələrlə müvafiq sahələr üzrə aktual məsələlər, mövcud çağırışlar, qabaqcıl yanaşmalar və praktiki fəaliyyət istiqamətləri barədə müzakirələr aparılır. Eyni zamanda, tələbələrin nəzəri biliklərinin real iş mühitində tətbiqi, analitik düşünmə, problem həll etmə və peşəkar ünsiyyət bacarıqlarının inkişafına xüsusi diqqət yetirilir.
Mentorluq görüşləri ilə paralel olaraq texniki biliklərin dərinləşdirilməsi məqsədilə müvafiq ekspertlərlə müzakirələrin aparılması prosesi də həyata keçirilir.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş