19 sahibkarlıq subyektinin qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina olunub
2 Aprel 2021 12:55
“Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 19 mart-1 aprel 2021-ci il tarixlərində qida məhsulları sahəsində fəaliyyət göstərən 180 sahibkarlıq subyekti qida təhlükəsizliyi qeydiyyatına alınıb.
Qeyd olunan tarixlərdə 19 sahibkarlıq subyektində aparılmış təftiş və ekspertiza nəticəsində həmin subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina olunub.
Qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina olunan subyektlər:
|
S/S |
Subyektin adı |
Fəaliyyət istiqaməti |
İmtina səbəbi |
|
1 |
Məmmədov Orxan Ağasəlim oğlu |
İstehsal |
Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil. |
|
2 |
"ALDORA" MMC |
Topdan satış |
Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil. |
|
3 |
Ramazanov Asəf Əli oğlu |
İstehsal |
Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil. |
|
4 |
"SAVA LL" MMC |
İstehsal |
Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil. |
|
5 |
Sofiyev Qurban Saleh oğlu |
Pərakəndə satış |
Qida Təhlükəsizliyi sahəsinə aid deyil. |
|
6 |
"DƏRƏLƏYƏZ BULAQLAR AQRO PARK" MMC |
İstehsal |
Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil. |
|
7 |
Xanverdiyev Rauf Fazil oğlu |
Pərakəndə satış |
Dövlət rüsumu haqqında Qanunun 18.67-1.2-ci maddəsi icra edilməmişdir. |
|
8 |
Əsgərov Rəşadət Baxşeyiş oğlu |
Pərakəndə satış |
Dövlət rüsumu haqqında Qanunun 18.67-1.2-ci maddəsi icra edilməmişdir. |
|
9 |
İbrahimov İsa Mahir oğlu |
Pərakəndə satış |
Dövlət rüsumu haqqında Qanunun 18.67-1.2-ci maddəsi icra edilməmişdir. |
|
10 |
Misirxanov Babək Atalin oğlu |
Pərakəndə satış |
Dövlət rüsumu haqqında Qanunun 18.67-1.2-ci maddəsi icra edilməmişdir. |
|
11 |
Həsənov Telman Hüseyn oğlu |
Pərakəndə satış |
Dövlət rüsumu haqqında Qanunun 18.67-1.2-ci maddəsi icra edilməmişdir. |
|
12 |
Həmzəyev Taleh Mirzə oğlu |
İctimai iaşə |
Dövlət rüsumu haqqında Qanunun 18.67-1.2-ci maddəsi icra edilməmişdir. |
|
13 |
Balakişiyev Yusif Kamran oğlu |
İctimai iaşə |
Dövlət rüsumu haqqında Qanunun 18.67-1.2-ci maddəsi icra edilməmişdir. |
|
14 |
Bədəlov İsa Hidayət oğlu |
İctimai iaşə |
Dövlət rüsumu haqqında Qanunun 18.67-1.2-ci maddəsi icra edilməmişdir. |
|
15 |
Şahmuradov Yusif Musa oğlu |
İctimai iaşə |
Dövlət rüsumu haqqında Qanunun 18.67-1.2-ci maddəsi icra edilməmişdir. |
|
16 |
Hüseynov Rəşad Ramiz oğlu |
Pərakəndə satış |
Dövlət rüsumu haqqında Qanunun 18.67-1.2-ci maddəsi icra edilməmişdir. |
|
17 |
Məhərrəmov Əkbər Abdurəhim oğlu |
İlkin istehsal |
Dövlət rüsumu haqqında Qanunun 18.67-1.2-ci maddəsi icra edilməmişdir. |
|
18 |
"XANLAR-MƏİŞƏT" ASC |
İstehsal |
Dövlət rüsumu haqqında Qanunun 18.67-1.2-ci maddəsi icra edilməmişdir. |
|
19 |
Balacayev Yaqub Şəfi oğlu |
İctimai iaşə |
Dövlət rüsumu haqqında Qanunun 18.67-1.2-ci maddəsi icra edilməmişdir. |
Agentlik bir daha qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərini qida təhlükəsizliyi qeydiyyatından keçməyə və öz fəaliyyətlərini qanunvericiliyin tələbləri çərçivəsində həyata keçirməyə çağırır.
Oxşar xəbərlər
Toyuq kəsimi sexinin qanundankənar fəaliyyət göstərdiyi aşkarlanıb
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Lənkəran rayonu, Girdəni kəndində yerləşən, Hüseynova Ruhəngiz Davud qızına məxsus toyuq kəsimi sexində plandankənar yoxlama keçirib. Obyektdə qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinə əməl olunmadığı aşkarlanıb. Baxış zamanı sexin qida təhlükəsizliyi qeydiyyatından keçmədən qanunsuz fəaliyyət göstərdiyi məlum olub. Həmçinin diri quşların müşayiətedici sənədlərinin olmadığı, antisanitar şəraitdə, baytarlıq-sanitariya nəzarətindən keçmədən kəsiminin aparıldığı, məhsulların etiketlənmədiyi və digər normativ tələblərin pozulduğu müəyyən edilib. Faktla bağlı inzibati protokol tərtib edilib, sexin fəaliyyəti məhdudlaşdırılıb və nümunələr götürülərək laborator müayinələrə cəlb edilib.
Qanunsuz toyuq əti emalı müəssisəsində plandankənar yoxlama keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin “1003 - Çağrı Mərkəzi”nə daxil olan vətəndaş müraciəti və sosial mediada paylaşılan məlumat əsasında Abşeron rayonu, Fatmayı kəndində fəaliyyət göstərən, fiziki şəxs Orucov Abbas Tahir oğluna məxsus obyektdə yoxlama keçirilib. Baxış zamanı müəssisənin qanunsuz fəaliyyət göstərdiyi, eləcə də sanitar-gigiyenik və sanitar-texniki qaydaların tələblərinin pozulduğu müəyyən edilib. Müəssisədə toyuq məhsullarının müşayiətedici sənədlərinin və etiketlərin mövcud olmadığı və digər nöqsanlar aşkarlanıb. Müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb. Fakt əsasında qanunvericiliyin tələbinə uyğun müvafiq tədbirlər görülməkdədir.
Siyəzəndə ərzaq bazarında yoxlama keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Siyəzən şəhəri, Xətai küçəsi 56 ünvanında fəaliyyət göstərən, “Xətai” Ticarət Mərkəzinə məxsus ərzaq bazarında plandankənar yoxlama keçirib. Yoxlama zamanı bazarda qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb. Aşkar edilmiş nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib, sahibkar barəsində inzibati protokol tərtib edilib.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş