AQTA koronavirusun profilaktikası çərçivəsində monitorinqləri davam etdirir
13 Fevral 2021 14:15
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qanunvericiliyin tələblərinə, həmçinin Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydlər davam etdirilir.
Nəzarət tədbirləri çərçivəsində 12 fevral 2021-ci il tarixində ölkə üzrə 550 ictimai iaşə obyektində 850 monitorinq keçirilib. Monitorinqlər zamanı 46 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar olunmuş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Uyğunsuzluqlar aşkar edilən ictimai iaşə müəssisələri aşağıdakılardır:
1. Bakı şəhəri, Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Rufullayev Rövşən Məmməd oğluna məxsus "Xan çinar" kafe;
2. Bakı şəhəri, Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Məsimov Tərxan Firudin oğluna məxsus "Ovqat" kafe;
3. Bakı şəhəri, Seyidzadə küçəsi ev 1, Vəliyev Elçin Rəhman oğluna məxsus kafe;
4. Bakı şəhəri, Xəzər rayonu, Binə Atçılıq, Zəkiyev Zəki Etibar oğluna məxsus “Araz” kafe;
5. Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, ev 38 a, Aslanov Rafiq Zabit Oğluna məxsus “Şəki” kafe;
6. Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, məh.1993, Əliyev Murad Əflatun Oğluna məxsus “50 Qəpik” kafe;
7. Bakı şəhəri, Xətai rayonu, Xocalı pros. ev 49, Səmədzadə Mahmud Kamil oğluna məxsus kafe;
8. Bakı şəhəri, Məmmədov küçəsi, ev 2, Adıgözəlov Dinar Firudin oğluna məxsus kafe;
9. Bakı şəhəri, Xətai rayonu, Neapol dairəsi, Abbasov Rusif Bəşir oğluna məxsus kafe;
10. Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, ev 45, mənzil 12, Tağıyev Tağı Vaqif Oğluna məxsus “Qədir Xum” restoranı;
11. Bakı şəhəri, Səbail rayonu, Böyük qala ev 55, Muradəliyev Nəcəf Çingiz oğluna məxsus “Qaynana” restoranı;
12. Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı küçəsi, Əmiraslanov İlqar Taleh oğluna məxsus kafe;
13. Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 23, “Səma-Zen” MMC-yə məxsus kafe;
14. Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev pr.,ev.39, Əliyev Eldəniz Heydər oğluna məxsus “Təbiət” kafe;
15. Bakı şəhəri, Xətai rayonu, Mingəçevir küçəsi, ev 7, Həsənov Qasim Həsən oğluna məxsus “Kosmos” kafe;
16. Bakı şəhəri, Xətai rayonu, Z.Yusifov, ev 20/3, Musayev Hacı Əfrasim oğluna məxsus kafe;
17. Bakı şəhəri, Səbail rayonu, Böyük qala ev. 41, "SİTİ KEYTERİNQ" MMC-yə məxsus “La quzu” restoranı;
18. Bakı şəhəri, Binəqədi rayonu, C.Xəndan küçəsi 57, Yusubov Ceyhun Sədi oğluna məxsus “Ocaq” restoranı;
19. Bakı şəhəri, Nizami rayonu, Babek prospekti 76, Əliyev Bəhruz Əli oğluna məxsus “Astoriya” hotelin kafesi;
20. Daşkəsən rayonu, Heydər Əliyev pr. Cəfərov Mürşüd Muradxan oğluna məxsus “Varsel” kafe;
21. Gəncə şəhəri, Həsən bəy Zərdabi küçəsi 57, Əliyev Cavidan Hilal oğluna məxsus kafe;
22. Qax rayonu, H.Əliyev pr., Hüseynov Pərviz Novruz oğluna məxsus “Bakı” restoranı;
23. Şəki şəhəri, Azadlıq pr., Sadıqov Sərdar Ənvər oğluna məxsus “Amin” kafe;
24. Kürdəmir rayonu, Xaqani küçəsi, Səlimov Samir Sahid oğluna məxsus kafe;
25. Kürdəmir rayonu, Bakı prospekti, Qəribov Nizami İsməli oğluna məxsus kafe;
26. Göyçay rayonu, S.Vurğun küçəsi, Zamanov Rafiq Gülməmməd oğluna məxsus kafe;
27. İsmayıllı rayonu, Cavanşir küçəsi, Babayev Ceyhun Şakir oğluna məxsus kafe;
28. İsmayıllı rayonu, Ələkbərzadə küçəsi, Kazımov Elman Ələskər oğluna məxsus kafe;
29. Astara şəhəri, Azərbaycan küçəsi, Cavadov Emin Qüdrət oğluna məxsus kafe ;
30. Astara şəhəri, Səməd Vurğun 87, Cəfərov Emil Eldar oğluna məxsus kafe;
31. Astara şəhəri,C.Cabbarlı küçəsi, ev 39, "Oxatan" MMC-yə məxsus “Maricel Astara” otelində fəaliyyət göstərən restoran;
32. Masallı rayonu, H. Əliyev prospekti, Əliyev Soltanağa Əliş oğluna məxsus kafe;
33. Astara şəhəri, A.Nuriyev küçəsi, Mirzəyev Elçin Hüseynbaba oğluna məxsus kafe;
34. Saatlı rayonu, Şirinbəyli kəndi, Əliyev Kamran Mahir oğluna məxsus kafe;
35. Gədəbəy rayonu, H.Əliyev prospekti, Abdullayev Musa Nadir oğluna məxsus kafe;
36. Ağstafa rayonu, H.Əliyev prospekti Abdurəhmanlı Həsən Şuriyə oğluna məxsus “İzmir” restoranı;
37. Quba rayonu, Vladimirovka kəndi, Babayev Azər Arif oğluna məxsus kafe;
38. Quba şəhəri, C. Cabbarlı küçəsi, Yunisov Yunis Sahib oğluna məxsus kafe;
39. Xaçmaz rayonu, Susayqışlaq kəndi, Əskərova Səbirə Ağaşirin qızına məxsus “Fazenda” restoranı;
40. Xaçmaz rayonu, Əmrahlı Malik Adil oğluna məxsus kafe;
41. Füzuli rayonu, 20 Yanvar küçəsi, Hacıyev İzzət Əlif oğluna məxsus "Nemət" kafe;
42. Füzuli rayonu, H.Əliyev prospekti, Məmmədov Arif Yahya oğluna məxsus "Təndir" kafesi;
43. Ağcabədi rayon, Ağcabədi şəhər, Səfərov Elmxan Əliş oğluna məxsus "Versal" kafe;
44. Ucar rayonu, Qəzyan kəndində fəaliyyət göstərən “Çay evi” ;
45. Bərdə rayonu, Qasım bəy Zakir küçəsi, Hacıyev Rahil Ramiz oğluna məxsus “Xan bağı” kafesi Qasım bəy Zakir
46. Ağdam rayonu, Quzanlı qəsəbəsi, Nəsirov Elməddin Mobil oğluna məxsus kafe.
Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda respublika üzrə AQTA müfəttişləri tərəfindən monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.
Oxşar xəbərlər
Qablaşdırılmış içməli sularla bağlı nəzarət tədbirləri keçirilib
Qida Təhlükəsizliyi Agentiyi tərəfindən 2025-ci il ərzində 32 su istehsalı müəssisəsində yoxlama keçirilib. Yoxlama zamanı 24 su istehsalı müəssisəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb. Bununla əlaqədar sahibkarlar barəsində inzibati tənbeh tədbiri görülüb və icrası məcburi göstərişlər verilib. Həmçinin aşkarlanan nöqsanlarla əlaqədar qanunvericiliyə uyğun müvafiq qərarlar qəbul edilib. Yoxlama zamanı əsasən aşağıdakı uyğunsuzluqlar aşkarlanıb: − müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərməsi; − sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmaması; − texnoloji ardıcıllıq prinsipinə əməl edilməməsi; − etiket məlumatlarında qanunvericiliyə uyğun zəruri məlumatların qeyd olunmaması; − suyun sınaq nəticələrinin normalara uyğun olmaması; − işçilərin gigiyena qaydalarına əməl etməməsi, ilkin və dövri tibbi müayinədən keçməməsi; − dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin aparılmaması. Yoxlama çərçivəsində götürülmüş nümunələrin minimum keyfiyyət və təhlükəsizlik göstəriciləri üzrə müayinəsi nəticəsində 28 nümunədə uyğunsuzluq aşkar edilərək həmin məhsulların dövriyyədən çıxarılması təmin edilib. Eyni zamanda aparılan monitorinqlər çərçivəsində 34 su istehsalı müəssisəsindən, eləcə də yol kənarlarında və binaların həyətlərində quraşdırılmış 57 modul tipli su aparatından nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Sınaq nəticəsində 31 su istehsalı müəssisəsindən götürülmüş 32 nümunədə, həmçinin 33 su aparatından götürülmüş nümunələrdə mikrobioloji göstəricilər üzrə uyğunsuzluq müəyyən edilib. Bununla əlaqədar qanunvericilik çərçivəsində zəruri tədbirlər görülüb, sahibkarlar barəsində inzibati tənbeh tədbiri görülərək icrası məcburi göstərişlər verilib. Aparılan bütün nəzarət tədbirləri nəticəsində müəssisələrdə sağlamlaşdırıcı işlərin görülməsi, həmçinin məhsulların etiketlərinin qanunvericiliyin tələblərinə uyğunlaşdırılması təmin edilib.
Ət qutabında at DNT-si aşkarlanıb - VİDEO
Daxil olan müraciət əsasında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bakı şəhəri, Suraxanı rayonu, Əmircan ştq, Q.Quliyev küçəsində fəaliyyət göstərən, fiziki şəxs Quliyev Cavanşir Tair oğluna məxsus unlu qənnadı məmulatlarının emalı və satışı obyektində yoxlama keçirib. Baxış zamanı obyektin qida təhlükəsizliyi qeydiyyatından keçmədən qanunsuz fəaliyyət göstərdiyi, sanitar-texniki və sanitar-gigiyenik tələblərin pozulduğu məlum olub. Belə ki, texnoloji ardıcıllıq prinsipinə və qida məhsullarının saxlanma şəraitinə əməl edilmir, unlu qənnadı məhsulları antisanitar şəraitdə emal olunur və mənşəyi məlum olmayan xammallardan istifadə edilir, qida ilə təmasda olan səthlər, işçi masalar və soyuducu rəfləri korroziyaya uğrayıb və digər nöqsanlar aşkarlanıb. Həmçinin qutab hazırlanmasında istifadə olunan ət farşından götürülən nümunələrin laborator müayinəsi nəticəsində mikrobioloji uyğunsuzluq və at DNT-si müəyyən edilib. Faktla bağlı fiziki şəxs barəsində inzibati protokol tərtib olunub, qida məhsullarının satışı və istehsalı nöqsanlar aradan qaldırılanadək dayandırılıb. Daha ətraflı məlumatı videosüjetdən əldə edə bilərsiniz:
Siyəzəndə ət satışı mağazasında normativ tələblər pozulub
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Siyəzən şəhəri, H.Əliyev küçəsində fəaliyyət göstərən, Əkbərov Nizami Qudrət oğluna məxsus ət satışı mağazasında yoxlama keçirib. Baxış zamanı mağazada texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib olunub, mağazada işlərin görülməsinin, xidmətlərin göstərilməsinin dayandırılması barədə məhdudlaşdırıcı qərar qəbul edilib.
Giriş