AQTA koronavirusun profilaktikası çərçivəsində monitorinqləri davam etdirir
22 Fevral 2021 18:29
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qanunvericiliyin tələblərinə, həmçinin Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydlər davam etdirilir.
Nəzarət tədbirləri çərçivəsində 21 fevral 2021-ci il tarixində ölkə üzrə 317 ictimai iaşə obyektində 522 monitorinq keçirilib. Monitorinqlər zamanı 25 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar olunmuş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Uyğunsuzluqlar aşkar edilən ictimai iaşə müəssisələri aşağıdakılardır:
1. Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, M. Sübhi 2 ünvanında yerləşən, fiziki şəxs Məmmədov İlham Balay oğluna məxsus “Üç boçka“ restoranı;
2. Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesi, ev 4 ünvanında yerləşən, fiziki şəxs Quliyev Şəfahət Hüseyn oğluna məxsus kafe;
3. Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi ev 589 ünvanında yerləşən, fiziki şəxs Xəlilov Fərid Qəhrəman oğluna məxsus kafe;
4. Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 2211 ünvanında yerləşən, fiziki şəxs Abdullayev Ələsgər Bayram oğluna məxsus restoran;
5. Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı 14 iyul küçəsində yerləşən, fiziki şəxs Feyzullayev Vüsal Mübariz oğluna məxsus “Abi” dönər evi;
6. Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət 49 ünvanında yerləşən, fiziki şəxs Abbasov Ramiz Aydın oğluna məxsus dönərxana;
7. Bakı şəhəri, Qaradağ rayonu, Qobupark yaşayış kompleksi, 1-ci yaşayış massivi, bina 7 ünvanında yerləşən, Həsənov İlham Ağalar oğluna məxsus kafe;
8. Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti 83A ünvanında yerləşən, hüquqi şəxs "X-D group" MMC-yə məxsus restoran;
9. Bakı şəhəri, Xəzər rayonu, R. İmanov ünvanında yerləşən, fiziki şəxs Elvin Məmmədov Qalib oğluna məxsus "Qəbələ" restoranı;
10. Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov ünvanında yerləşən, fiziki şəxs Təhməzov Gündüz Sahil oğluna məxsus "Harrison Baku" restoranı;
11. Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq pr., ev231m ünvanında yerləşən, fiziki şəxs Cəlilov Vüqar Vilayət oğluna məxsus "Kaddeh" restoranı;
12. Bakı şəhəri, Nərimanov rayonu, ev 116 ünvanında yerləşən, fiziki şəxs İsmayılov Vüqar Əhməd oğluna məxsus restoran;
13. Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev 26 ünvanında yerləşən, fiziki şəxs Alışanov Təbriz İldırım oğluna məxsus restoran;
14. Bakı şəhəri, Sabunçu rayonu, R. Qəmbərov küçəsində yerləşən, fiziki şəxs Əliyev Çingiz Fədayi oğluna məxsus çay evi;
15. Bakı şəhəri, Nizami rayonunda yerləşən, fiziki şəxs Şamıyev Müşviq Bağı oğluna məxsus restoran;
16. Bakı şəhəri, Nizami rayonu, Əlif Hacıyev ev 40 ünvanında yerləşən, hüquqi şəxs "Cyber Store" MMC-yə məxsus çay evi;
17. Hacıqabul rayonu, Muğan qəsəbəsində yerləşən, fiziki şəxs Məmmədov Zabil Xanış oğluna məxsus kafe;
18. Zaqatala rayonu, Əmirov ev.201a ünvanında yerləşən, fiziki şəxs Xəlilov Rafiq İsmət oğluna məxsus yeməkxana;
19. Zaqatala rayonu, Heydər Əliyev prospektində yerləşən, fiziki şəxs Qurbanov Məhəməd Vaqif oğluna məxsus "Real Lounge" restoranı;
20. Gəncə şəhəri, Cavadxan 38 ünvanında yerləşən, fiziki şəxs Məmmədov Maarif Aydın oğluna məxsus çay evi;
21. Tovuz rayonu, Aşağı Quşçu küçəsində yerləşən fiziki şəxs Abbasov Tural Vahid oğluna məxsus çay evi;
22. Şamaxı rayonu, Çuxuryurd ünvanında yerləşən, fiziki şəxs Eyubov Hünər Ramiz oğluna məxsus kafe;
23. Şamaxı rayonu, Məlhəm kəndi, ev 0, m. 0 ünvanında yerləşən, fiziki şəxs Abdullayev Sübhan Eldar oğluna məxsus "Məlhəm" restoranı;
24. Göyçay rayonu, Nizami küçəsində yerləşən, fiziki şəxs Quliyev Zaur Feyruz oğluna məxsus restoran;
25. Quba rayonu, Yusif Qasımov küçəsində yerləşən, hüquqi şəxs "Şahdağ Mehmanxana" MMC-yə məxsus “Şahdağ” mehmanxanasının tərkibində fəaliyyət göstərən restoran.
Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda respublika üzrə AQTA müfəttişləri tərəfindən monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.
Oxşar xəbərlər
Süd məhsullarının emalı müəssisəsində istehlaka yararsız məhsullar aşkarlanıb
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, B.Bünyadov küçəsi, ev 14 ünvanında yerləşən, fiziki şəxs Cümşüdova Aysel İntiqam qızına məxsus süd məhsullarının emalı müəssisəsində plandankənar yoxlama keçirib. İstehsal müəssisəsində qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib. Məlum olub ki, müəssisə təsdiqdən keçmədən qanunsuz fəaliyyət göstərib. Həmçinin obyektdə sanitar-gigiyenik və sanitar-texniki vəziyyətin qənaətbəxş olmadığı, texnoloji ardıcıllıq prinsipinə və temperatur rejiminə əməl edilmədiyi aşkarlanıb. Yoxlama zamanı tərkibində qaymaq olmayan məhsulun etiketində “Qaymaqlı şor” yazıldığı, emalın Bakı şəhərində aparılmasına baxmayaraq, dovğa, şor və qatıq məhsullarının etiketlərində coğrafi adlardan istifadə olunaraq “İsmayıllı şoru”, “İsmayıllı dovğası” və “İvanovka qatığı” qeyd edildiyi və bununla da istehlakçıların aldadıldığı məlum olub. Habelə müxtəlif istehsalçılara məxsus əmtəə nişanlı etiketlər (Çinar, Cantəpə, Fermer.V.D İvanuşka, Fermer və Emay), kiflənmiş və istifadə müddəti bitmiş süd məhsulları aşkarlanıb. Faktla bağlı inzibati protokol tərtib edilib, süd məhsullarından laborator müayinələr üçün nümunələr götürülüb. İstehlaka yararsız məhsulların və qanunsuz etiketlərin məhv edilməsi barədə qərar qəbul olunub, nöqsanlar aradan qaldırılanadək müəssisənin fəaliyyəti dayandırılıb.
Göbələkdən zəhərlənmənin baş verməməsi üçün nələrə diqqət yetirməliyik?
İnsanlar göbələklərdən qədim zamanlardan istifadə edirlər. Bu məhsul zülallar, aktiv fermentlər, bitki şəkərləri, A, B, C, D qrupu vitaminləri, həmçinin selen, kalium, dəmir və sink duzları ilə zəngindir. Diqqətlə seçilmiş göbələklərdən düzgün hazırlanmış yeməklər təhlükəsiz və ləzzətli olur. Müasir diyetoloqlar məhsulun faydalılığı ilə bağlı müxtəlif fikirlər bildirirlər. Göbələk bitkisi qiymətli zülalların, təbii duzların və fermentlərin mənbəyi olmaqla yanaşı, həm də həzmi çətin qidalar qrupuna aiddir. Uşaqlar və hamilə qadınlar tərəfindən istehlakı arzuolunmazdır. Göbələyin yığılmasına, saxlanmasına və emalına düzgün əməl olunmadıqda, insan həyatı üçün potensial təhlükə yaradır. Göbələyin tərkibində çoxlu toksinlər mövcuddur. Papaqlı göbələklərin tanınan 3000 çeşidi arasında yalnız 400 növü yeməlidir. Göbələk zəhərlənməsinə səbəb ola biləcək halların siyahısına aşağıdakılar daxildir: - tanış olmayan və şübhəli olan göbələklərin yığılması; - qurdlu və ya çürük, köhnə göbələklərin yığılması və istifadəsi; - aşağı keyfiyyətli qablaşdırmadan istifadə; - göbələk yığarkən şəxsi gigiyena qaydalarına əməl edilməməsi; - göbələkdən hazırlanmış qidanın saxlanılması zamanı temperatur rejiminə əməl olunmaması; - göbələklərin spirtli içkilərlə birlikdə istehlakı. Göbələkdən zəhərlənmə təhlükəsi məhsulu emal etməklə tamamilə aradan qaldırılmır. Konservləşdirilmiş göbələklər qapalı qabda uzun müddət saxlandıqda botulizmə səbəb ola bilər. Konservləşdirmə texnologiyasına riayət olunmalı və yeməyin hazırlandığı otağın gigiyenasına nəzarət edilməlidir. Kortəbii, bazarlarda və ya keyfiyyət sertifikatı olmayan hazır konservləşdirilmiş göbələk istehlak edilməməlidir. Göbələklərdən zəhərlənməyə ilk şübhə yarandığı halda, dərhal həkimə müraciət etmək lazımdır. Göbələk zəhərlənməsinin qarşısını almaq üçün göbələklərin tanınması, yığılması, daşınması, saxlanması və emalı texnologiyasına ciddi riayət etmək tövsiyə olunur.
Şabranda ət satışı məntəqəsində qida təhlükəsizliyi tələblərinin pozulduğu aşkarlanıb
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Şabran şəhəri, Mərkəzi Bazar ərazisində fəaliyyət göstərən, fiziki şəxs Mirzəyev Bəhmən Mirzəli oğluna məxsus ət satışı məntəqəsində plandankənar yoxlama keçirilib. Baxış zamanı texniki normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən olunub. Ət satışı məntəqəsinin qeydiyyatdan keçmədən fəaliyyət göstərdiyi, sanitar-texniki və sanitar-gigiyenik qaydalara əməl etmədiyi aşkarlanıb. Nöqsanlarla bağlı inzibati protokol tərtib edilib, satış məntəqəsində nöqsanlar aradan qaldırılanadək xidmətlərin göstərilməsi məhdudlaşdırılıb.
Giriş