AQTA koronavirusun profilaktikası çərçivəsində monitorinqləri davam etdirir
20 Mart 2021 12:45
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qanunvericiliyin tələblərinə, həmçinin Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydlər davam etdirilir.
Nəzarət tədbirləri çərçivəsində 19 mart 2021-ci il tarixində ölkə üzrə 354 ictimai iaşə obyektində 606 monitorinq keçirilib. Monitorinqlər zamanı 23 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar olunmuş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Uyğunsuzluqlar aşkar edilən ictimai iaşə müəssisələri aşağıdakılardır.
1. Sumqayıt şəhəri, 2-ci mikrorayon ünvanında yerləşən, fiziki şəxs Bayramov Orxan Səmyəddin oğluna məxsus "LasVegas" kafesi;
2. Abşeron rayonu, Masazır kəndi, “Qurtuluş 93” ünvanında yerləşən, fiziki şəxs Məmmədov Əli Həsən oğluna məxsus "Qəlyanaltı" kafesi;
3. Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi 26 ünvanında yerləşən, fiziki şəxs Səlimzadə Nərminə Həsənağa oğluna məxsus “Marani” kafesi;
4. Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi 26 ünvanında yerləşən, fiziki şəxs Ələkbərova Teyquşa Qəzənfər qızına məxsus “Central Pub” kafesi;
5. Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, keçid 1005 ünvanında yerləşən, fiziki şəxs Rəhmanov Vidadi Səftər oğluna məxsus” Kainat” kafesi;
6. Bakı şəhəri, Xətai rayonu, F. Bayramov küçəsi 4 ünvanında yerləşən, fiziki şəxs Cəfərli Alim Teyub oğluna məxsus kafe;
7. Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Molla Cümə ev 28 qapı 2 ünvanında yerləşən, fiziki şəxs Quliyev Tahir Maxsud oğluna məxsus kafe;
8. Bakı şəhəri, Nizami rayonu, Əlif Hacıyev küçəsi 46 ünvanında yerləşən, fiziki şəxs Məmmədzadə Oruca məxsus “Barley pub” çay evi;
9. Bakı şəhəri, Nizami rayonu, Əlif Hacıyev küçəsi 21 ünvanında yerləşən, fiziki şəxs Kərimov Elnur Rza oğluna məxsus dönər evi;
10. Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsi ev 8 m.15 ünvanında yerləşən, fiziki şəxs Ağayeva Cəmilə Yaqub qızına məxsus "Kabab House” restoranı;
11. Bakı şəhəri, Yasamal rayonu, Akademik Lətif İmanov küçəsi ev 5 ünvanında yerləşən, hüquqi şəxs “Metropol-KN" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus "Metropol" restoranı;
12. Bakı şəhəri, Nəsimi rayonu, R. Behbidov küçəsi 25 ünvanında yerləşən, fiziki şəxs Allahverdiyeva Gülya Tahir qızına məxsus "Ramses" restoranı;
13. Bakı şəhəri, Səbail rayonu, Azadlıq prospekti ev 3, m 2 ünvanında yerləşən, hüquqi şəxs “Abrakadabra” MMC-yə məxsus “Abrakadabra” restoranı;
14. Bakı şəhəri, Yasamal rayonu, M. H. Naxçıvani küçəsi ev 15 ünvanında yerləşən, fiziki şəxs Abbasov Rəşad Ramiz oğluna məxsus “Chef pub” kafesi;
15. Tovuz rayonu, Qovlar şəhəri, Vağzal kücəsində yerləşən, fiziki şəxs Məmmədov Məhəmməd İsgəndər oğluna məxsus kafe;
16. Ağcabədi rayonu, H. Əliyev prospektində yerləşən, fiziki şəxs Əlizadə Xəyal Şahin oğluna məxsus "Vegas" çay evi;
17. Ağcabədi rayonu, H. Əliyev prospektində yerləşən, fiziki şəxs Əkbərov Yadigar Qədir oğluna məxsus "Xalça saray" kafesi;
18. Ağcabədi rayonu, Ü. Hacıbəyov küçəsində yerləşən, fiziki şəxs Aslanov Nahid Ədalət oğluna məxsus kafe;
19. Ağcabədi rayonu, K. Nəsibov küçəsində yerləşən, fiziki şəxs Quliyev Sahəddin Nazir oğluna məxsus kafe;
20. Ağcabədi rayonu, Hüsü Hacıyev küçəsində yerləşən, fiziki şəxs Gürşadlı Gürşad Behbud oğluna məxsus kafe;
21. Ağcabədi şəhəri, Səməd Vurğun küçəsində yerləşən, fiziki şəxs Verdiyev Cahid Vahid oğluna məxsus "Röyal" kafesi;
22. Göyçay rayonu, Nizami küçəsində yerləşən, fiziki şəxs Mustafayev Ruslan Elburuz oğluna məxsus kafe;
23. Bakı şəhəri, Sabunçu rayonu, Pirşaği ev 1243A saylı bağ sahəsində yerləşən, Nəbiyev Vaqifə məxsus “Miracle” mehmanxanasının tərkibində fəaliyyət göstərən restoran;
Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda respublika üzrə AQTA müfəttişləri tərəfindən monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.
Oxşar xəbərlər
Toyuq kəsimi sexinin qanundankənar fəaliyyət göstərdiyi aşkarlanıb
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Lənkəran rayonu, Girdəni kəndində yerləşən, Hüseynova Ruhəngiz Davud qızına məxsus toyuq kəsimi sexində plandankənar yoxlama keçirib. Obyektdə qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinə əməl olunmadığı aşkarlanıb. Baxış zamanı sexin qida təhlükəsizliyi qeydiyyatından keçmədən qanunsuz fəaliyyət göstərdiyi məlum olub. Həmçinin diri quşların müşayiətedici sənədlərinin olmadığı, antisanitar şəraitdə, baytarlıq-sanitariya nəzarətindən keçmədən kəsiminin aparıldığı, məhsulların etiketlənmədiyi və digər normativ tələblərin pozulduğu müəyyən edilib. Faktla bağlı inzibati protokol tərtib edilib, sexin fəaliyyəti məhdudlaşdırılıb və nümunələr götürülərək laborator müayinələrə cəlb edilib.
Qanunsuz toyuq əti emalı müəssisəsində plandankənar yoxlama keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin “1003 - Çağrı Mərkəzi”nə daxil olan vətəndaş müraciəti və sosial mediada paylaşılan məlumat əsasında Abşeron rayonu, Fatmayı kəndində fəaliyyət göstərən, fiziki şəxs Orucov Abbas Tahir oğluna məxsus obyektdə yoxlama keçirilib. Baxış zamanı müəssisənin qanunsuz fəaliyyət göstərdiyi, eləcə də sanitar-gigiyenik və sanitar-texniki qaydaların tələblərinin pozulduğu müəyyən edilib. Müəssisədə toyuq məhsullarının müşayiətedici sənədlərinin və etiketlərin mövcud olmadığı və digər nöqsanlar aşkarlanıb. Müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb. Fakt əsasında qanunvericiliyin tələbinə uyğun müvafiq tədbirlər görülməkdədir.
Siyəzəndə ərzaq bazarında yoxlama keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Siyəzən şəhəri, Xətai küçəsi 56 ünvanında fəaliyyət göstərən, “Xətai” Ticarət Mərkəzinə məxsus ərzaq bazarında plandankənar yoxlama keçirib. Yoxlama zamanı bazarda qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb. Aşkar edilmiş nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib, sahibkar barəsində inzibati protokol tərtib edilib.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş