AQTA koronavirusun profilaktikası çərçivəsində monitorinqləri davam etdirir
18 Aprel 2021 18:24
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qanunvericiliyin tələblərinə, həmçinin Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydlər davam etdirilir.
Nəzarət tədbirləri çərçivəsində 17 aprel 2021-ci il tarixində ölkə üzrə 428 ictimai iaşə obyektində 718 monitorinq keçirilib. Monitorinqlər zamanı 16 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar olunmuş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Uyğunsuzluqlar aşkar edilən ictimai iaşə müəssisələri aşağıdakılardır:
1. Bakı şəhəri, Nərimanov rayonu, ev 15c ünvanında yerləşən, fiziki şəxs Mirzəyev Rüfət Müşviq oğluna məxsus kafe;
2. Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, ev 2222 ünvanında yerləşən, fiziki şəxs Camalov Kənan Camal oğluna məxsus restoran;
3. Bakı şəhəri, Xəzər rayonu, Zaqulba qəsəbəsində yerləşən, fiziki şəxs Rəhmanlı Nəcmin Ruhulla oğluna məxsus restoran;
4. Bakı şəhəri, Yeryomenko küçəsi, ev 29 ünvanında yerləşən, fiziki şəxs Əliyev Ruslan Mübariz oğluna məxsus çay evi;
5. Bakı şəhəri, Nizami rayonu, M. Hadi küçəsi, ev 41 ünvanında yerləşən, fiziki şəxs İbişov Emil Xaləddin oğluna məxsus kafe;
6. Bakı şəhəri, Nizami rayonu, M. Hadi küçəsi, ev 7 ünvanında yerləşən, fiziki şəxs Hüseynov Emin Ayaz oğluna məxsus restoran;
7. Bakı şəhəri, Sabunçu rayonu, R. Axundov küçəsində (271 nömrəli məktəbin yanı) yerləşən, fiziki şəxs Əzimov Vüsal Əlipaşa oğluna məxsus kafe;
8. Bakı şəhəri, Yasamal rayonu, Ə. Cəmil küçəsi, ev 14B ünvanında yerləşən, fiziki şəxs Sadıqov Orxan Bakir oğluna məxsus kafe;
9. Bakı şəhəri, Səbail rayonu, Mirzə İbrahimov küçəsi 1 ünvanında yerləşən, fiziki şəxs Nəzərova Könül Aydın qızına məxsus restoran;
10. Bakı şəhəri, Nəsimi rayonu, Əliyev küçəsi 52 ünvanında yerləşən “Krevetka” restoranı;
11. Bakı şəhəri, Nizami rayonu, Gəncəvi küçəsi, ev 26 ünvanında yerləşən, fiziki şəxs Rüstəmov Eminə məxsus restoran;
12. Binəqədi rayonu, M. Rəsulzadə ŞTQ, Ə. Yusifov küçəsi, ev 3222 ünvanında yerləşən, fiziki şəxs Hüseynov Elnur Fərhad oğluna məxsus “Xan Dönər” dönər evi;
13. Ağsu rayonu, Nüydü kəndində yerləşən, fiziki şəxs Gülməmmədov Novruz Şöhlət oğluna məxsus “Şöhlətoğlu” restoranı;
14. Gəncə şəhəri, Fətulah Həsənov küçəsində yerləşən, fiziki şəxs Hüseynov Emil Rauf oğluna məxsus kafe;
15. Tovuz rayonu, Ə. Şıxlınski küçəsində yerləşən, fiziki şəxs İsgəndərov Mövla Eyvaz oğluna məxsus kafe;
16. Quba rayonu, Küsnətqazma kəndində yerləşən “Şah əsəri” mehmanxanası.
Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda respublika üzrə AQTA müfəttişləri tərəfindən monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.
Oxşar xəbərlər
Toyuq kəsimi sexinin qanundankənar fəaliyyət göstərdiyi aşkarlanıb
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Lənkəran rayonu, Girdəni kəndində yerləşən, Hüseynova Ruhəngiz Davud qızına məxsus toyuq kəsimi sexində plandankənar yoxlama keçirib. Obyektdə qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinə əməl olunmadığı aşkarlanıb. Baxış zamanı sexin qida təhlükəsizliyi qeydiyyatından keçmədən qanunsuz fəaliyyət göstərdiyi məlum olub. Həmçinin diri quşların müşayiətedici sənədlərinin olmadığı, antisanitar şəraitdə, baytarlıq-sanitariya nəzarətindən keçmədən kəsiminin aparıldığı, məhsulların etiketlənmədiyi və digər normativ tələblərin pozulduğu müəyyən edilib. Faktla bağlı inzibati protokol tərtib edilib, sexin fəaliyyəti məhdudlaşdırılıb və nümunələr götürülərək laborator müayinələrə cəlb edilib.
Qanunsuz toyuq əti emalı müəssisəsində plandankənar yoxlama keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin “1003 - Çağrı Mərkəzi”nə daxil olan vətəndaş müraciəti və sosial mediada paylaşılan məlumat əsasında Abşeron rayonu, Fatmayı kəndində fəaliyyət göstərən, fiziki şəxs Orucov Abbas Tahir oğluna məxsus obyektdə yoxlama keçirilib. Baxış zamanı müəssisənin qanunsuz fəaliyyət göstərdiyi, eləcə də sanitar-gigiyenik və sanitar-texniki qaydaların tələblərinin pozulduğu müəyyən edilib. Müəssisədə toyuq məhsullarının müşayiətedici sənədlərinin və etiketlərin mövcud olmadığı və digər nöqsanlar aşkarlanıb. Müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb. Fakt əsasında qanunvericiliyin tələbinə uyğun müvafiq tədbirlər görülməkdədir.
Siyəzəndə ərzaq bazarında yoxlama keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Siyəzən şəhəri, Xətai küçəsi 56 ünvanında fəaliyyət göstərən, “Xətai” Ticarət Mərkəzinə məxsus ərzaq bazarında plandankənar yoxlama keçirib. Yoxlama zamanı bazarda qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb. Aşkar edilmiş nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib, sahibkar barəsində inzibati protokol tərtib edilib.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş