AQTA koronavirusun profilaktikası çərçivəsində monitorinqləri davam etdirir
17 May 2021 17:30
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qanunvericiliyin tələblərinin yerinə yetirilməsinə, həmçinin Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydləri davam etdirir.
Nəzarət tədbirləri çərçivəsində 2021-ci il mayın 16-da ölkə üzrə 438 ictimai iaşə obyektində 774 monitorinq keçirilib. Monitorinqlər zamanı 11 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:
1. Bakı şəhəri, Binəqədi rayonu, Novxanı qəsəbəsində yerləşən, hüquqi şəxs "Tanar" firmasına məxsus “My Beach” restoranı;
2. Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində yerləşən, fiziki şəxs Qasımov Sərxan Aslan oğluna məxsus kafe;
3. Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan ştq, B. Əliyev küç., ev 10/14a ünvanında yerləşən, fiziki şəxs Əliyev Yusif Yaşar oğluna məxsus yeməkxana;
4. Bakı şəhəri, Nizami rayonu, Abbasov küç., ev 38 ünvanında yerləşən, fiziki şəxs Süleymanov Yaqub Nazir oğluna məxsus “Seven” pub;
5. Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən, fiziki şəxs Yarışev Teyyub Əyyub oğluna məxsus "Tolishon" restoranı;
6. Bakı şəhəri, Yasamal Rayonu, Tbilisi pr., ev 49C ünvanında yerləşən, fiziki şəxs Alməmmədov İsgəndər İsmayıl oğluna məxsus “Çıraq Plaza” mehmanxanasının tərkibində fəaliyyət göstərən kafe;
7. İsmayıllı rayonu, Heydər Əliyev prospektində yerləşən, fiziki şəxs Mikayılov Emin Bəxtiyar oğluna məxsus kafe;
8. Qusar rayonu, Xuray kəndində yerləşən, fiziki şəxs Yüzbəyov Zahid Novruz oğluna məxsus kafe;
9. Ağstafa rayonu, H. Əliyev prospektində yerləşən, fiziki şəxs Abdullayeva Aksana Əmrah qızına məxsus kafe;1
0. Masallı rayonu, Z. Əliyeva küç., Bakı-Astara şosesində yerləşən, fiziki şəxs Məmmədova Aytəkin Xalıq qızına məxsus “Ulduz” kafesi;
11. Gəncə şəhəri, Adil İskəndərov küçəsi 59 ünvanında yerləşən, hüquqi şəxs "Sehirli Naftalan" MMC-yə məxsus mehmanxananın tərkibində fəaliyyət göstərən kafe.
Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.
Oxşar xəbərlər
Toyuq kəsimi sexinin qanundankənar fəaliyyət göstərdiyi aşkarlanıb
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Lənkəran rayonu, Girdəni kəndində yerləşən, Hüseynova Ruhəngiz Davud qızına məxsus toyuq kəsimi sexində plandankənar yoxlama keçirib. Obyektdə qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinə əməl olunmadığı aşkarlanıb. Baxış zamanı sexin qida təhlükəsizliyi qeydiyyatından keçmədən qanunsuz fəaliyyət göstərdiyi məlum olub. Həmçinin diri quşların müşayiətedici sənədlərinin olmadığı, antisanitar şəraitdə, baytarlıq-sanitariya nəzarətindən keçmədən kəsiminin aparıldığı, məhsulların etiketlənmədiyi və digər normativ tələblərin pozulduğu müəyyən edilib. Faktla bağlı inzibati protokol tərtib edilib, sexin fəaliyyəti məhdudlaşdırılıb və nümunələr götürülərək laborator müayinələrə cəlb edilib.
Qanunsuz toyuq əti emalı müəssisəsində plandankənar yoxlama keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin “1003 - Çağrı Mərkəzi”nə daxil olan vətəndaş müraciəti və sosial mediada paylaşılan məlumat əsasında Abşeron rayonu, Fatmayı kəndində fəaliyyət göstərən, fiziki şəxs Orucov Abbas Tahir oğluna məxsus obyektdə yoxlama keçirilib. Baxış zamanı müəssisənin qanunsuz fəaliyyət göstərdiyi, eləcə də sanitar-gigiyenik və sanitar-texniki qaydaların tələblərinin pozulduğu müəyyən edilib. Müəssisədə toyuq məhsullarının müşayiətedici sənədlərinin və etiketlərin mövcud olmadığı və digər nöqsanlar aşkarlanıb. Müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb. Fakt əsasında qanunvericiliyin tələbinə uyğun müvafiq tədbirlər görülməkdədir.
Siyəzəndə ərzaq bazarında yoxlama keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Siyəzən şəhəri, Xətai küçəsi 56 ünvanında fəaliyyət göstərən, “Xətai” Ticarət Mərkəzinə məxsus ərzaq bazarında plandankənar yoxlama keçirib. Yoxlama zamanı bazarda qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb. Aşkar edilmiş nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib, sahibkar barəsində inzibati protokol tərtib edilib.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş