AQTA koronavirusun profilaktikası çərçivəsində monitorinqləri davam etdirir
9 İyun 2021 17:42
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydləri davam etdirir.
Nəzarət tədbirləri çərçivəsində 2021-ci il iyunun 8-də ölkə üzrə 420 ictimai iaşə obyektində 733 monitorinq keçirilib. Monitorinqlər zamanı 16 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:
1. Bakı şəhəri, Nizami rayonu, R. Teymurov küçəsi 36 ünvanında yerləşən, fiziki şəxs Rzayev Elxan Rizvan oğluna məxsus “Beercode pub” restoranı;
2. Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev küçəsi 54 ünvanında yerləşən, fiziki şəxs Rzayev Pərviz Aslan oğluna məxsus “Köz Halil Usta” restoranı;
3. Bakı şəhəri, Suraxanı rayonu, V yaşayış sahəsində yerləşən, fiziki şəxs Ənvərov Rafiq Əbdulvahidoviç oğluna məxsus çay evi;
4. Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küç., ev 35 ünvanında yerləşən, fiziki şəxs Qasımov Elşad Elxan oğluna məxsus restoran;
5. Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küç., ev 49 ünvanında yerləşən, hüquqi şəxs “X-S Firmasına” məxsus restoran;
6. Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən, fiziki şəxs Nəbiyev Asif Mürşid oğluna məxsus “Qədim qəbələ” restoranı;
7. Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küç., ev 161D ünvanında yerləşən, hüquqi şəxs “Shah Group Of Companies” MMC-yə məxsus “Friends Central park” kafesi;
8. Bakı şəhəri, Nərimanov rayonu, Y. Çəmənzəminli küç., ev 106 ünvanında yerləşən, fiziki şəxs Şahverdiyev Vüqar İlyas oğluna məxsus kafe;
9. Bakı şəhəri, Yasamal rayonu, C. Cabbarlı küçəsi 38, m. 2 ünvanında yerləşən, hüquqi şəxs “Əjdaha” MMC-yə məxsus “Əjdaha” dönər evi;
10. Bakı şəhəri, Yasamal rayonu, C. Cabbarlı küçəsi 44 ünvanında yerləşən, hüquqi şəxs “Shah Group Of Companies” MMC-yə məxsus “Baku Friends” restoranı;
11. Bakı şəhəri, Yasamal rayonu, M. Naxçıvani küçəsi 15 ünvanında yerləşən, fiziki şəxs Abbasov Rəşad Ramiz oğluna məxsus çay evi;
12. Abşeron rayonu, Xırdalan şəhəri, Nizami Gəncəvi küçəsində yerləşən, fiziki şəxs Abbasov Hüseyn İsmayıl oğluna məxsus “Dadlı Süfrə” kafesi;
13. Şəmkir rayonu, Bakı-Qazax yolunda yerləşən, fiziki şəxs Məmmədov Elşən Əli oğluna məxsus dönər evi;
14. İsmayıllı rayonu, Cavanşir küçəsində yerləşən, fiziki şəxs Babayev Röyal Vahid oğluna məxsus kafe;
15. Bərdə rayonu, Arabaçılar kəndində yerləşən, fiziki şəxs Əliyev Xəlil Mahmud oğluna məxsus kafe;
16. Astara rayonu, Gənclər küçəsində yerləşən, fiziki şəxs Mikayılova Aynur Adil qızına məxsus kafe.
Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.
Oxşar xəbərlər
Toyuq kəsimi sexinin qanundankənar fəaliyyət göstərdiyi aşkarlanıb
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Lənkəran rayonu, Girdəni kəndində yerləşən, Hüseynova Ruhəngiz Davud qızına məxsus toyuq kəsimi sexində plandankənar yoxlama keçirib. Obyektdə qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinə əməl olunmadığı aşkarlanıb. Baxış zamanı sexin qida təhlükəsizliyi qeydiyyatından keçmədən qanunsuz fəaliyyət göstərdiyi məlum olub. Həmçinin diri quşların müşayiətedici sənədlərinin olmadığı, antisanitar şəraitdə, baytarlıq-sanitariya nəzarətindən keçmədən kəsiminin aparıldığı, məhsulların etiketlənmədiyi və digər normativ tələblərin pozulduğu müəyyən edilib. Faktla bağlı inzibati protokol tərtib edilib, sexin fəaliyyəti məhdudlaşdırılıb və nümunələr götürülərək laborator müayinələrə cəlb edilib.
Qanunsuz toyuq əti emalı müəssisəsində plandankənar yoxlama keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin “1003 - Çağrı Mərkəzi”nə daxil olan vətəndaş müraciəti və sosial mediada paylaşılan məlumat əsasında Abşeron rayonu, Fatmayı kəndində fəaliyyət göstərən, fiziki şəxs Orucov Abbas Tahir oğluna məxsus obyektdə yoxlama keçirilib. Baxış zamanı müəssisənin qanunsuz fəaliyyət göstərdiyi, eləcə də sanitar-gigiyenik və sanitar-texniki qaydaların tələblərinin pozulduğu müəyyən edilib. Müəssisədə toyuq məhsullarının müşayiətedici sənədlərinin və etiketlərin mövcud olmadığı və digər nöqsanlar aşkarlanıb. Müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb. Fakt əsasında qanunvericiliyin tələbinə uyğun müvafiq tədbirlər görülməkdədir.
Siyəzəndə ərzaq bazarında yoxlama keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Siyəzən şəhəri, Xətai küçəsi 56 ünvanında fəaliyyət göstərən, “Xətai” Ticarət Mərkəzinə məxsus ərzaq bazarında plandankənar yoxlama keçirib. Yoxlama zamanı bazarda qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb. Aşkar edilmiş nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib, sahibkar barəsində inzibati protokol tərtib edilib.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş