AQTA koronavirusun profilaktikası çərçivəsində monitorinqləri davam etdirir
11 İyun 2021 17:00
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qanunvericiliyin tələblərinin yerinə yetirilməsinə, həmçinin Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydləri davam etdirir.
Nəzarət tədbirləri çərçivəsində 2021-ci il iyunun 10-da ölkə üzrə 425 ictimai iaşə obyektində 738 monitorinq keçirilib. Monitorinqlər zamanı 14 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:
1. Bakı şəhəri, Səbail rayonu, M.Rəsulzadə 5 ünvanında yerləşən, hüquqi şəxs "Latteria Operating Company" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus "Kaspar" restoranı;
2. Bakı şəhəri, Nizami rayonu, Rüstəmov 45 ünvanında yerləşən, fiziki şəxs Abdullayev Samik Qabil oğluna məxsus kafe;
3. Bakı şəhəri, Binəqədi rayonu, S.Axundov 84 ünvanında yerləşən, fiziki şəxs Əliyeva Gülnur Səlim qızına məxsus kafe;
4. Bakı şəhəri, Yasamal rayonu, Tbilisi pr. 47 ünvanında yerləşən, hüquqi şəxs "D. Group" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus "Suşi" restoranı;
5. Bakı şəhəri, Nəsimi rayonu, Qış parkında yerləşən, fiziki şəxs Baqişov Zaur Mirbəşir oğluna məxsus kafe;
6. Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli ev 38 A mərtəbə 1 ünvanında yerləşən, fiziki şəxs Aslanov Rafiq Zabit oğluna məxsus restoran;
7. Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli 40 ünvanında yerləşən, hüquqi şəxs " Neşve Azərbaycan" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus restoran;
8. Abşeron rayonu, Xırdalan şəhəri, "Yetər" şadlıq evinin yanında yerləşən, fiziki şəxs Məmmədov Arslan Tahir oğluna məxsus "Ocaq çörək evi” kafesi;
9. Lənkəran şəhəri, Rvo qəsəbəsində yerləşən, fiziki şəxs Ağayev Əli Hacıağa oğluna məxsus kafe;
10. Kürdəmir rayonu, Atakişili ünvanında yerləşən, fiziki şəxs Mahmudov Fəxrəddin Məzahir oğluna məxsus kafe;
11. Quba rayonu, Dəvədabanı massivində yerləşən, fiziki şəxs İsayev İmam Sərxan oğluna məxsus kafe;
12. Gəncə şəhəri, D.Qorqud və M.Bağırov küçələrinin kəsişməsində yerləşən, fiziki şəxs Alıyev Rəşad Etibar oğluna məxsus kafe;
13. Ucar rayonu, N.Nərimanov küçəsində yerləşən, fiziki şəxs Qasımov Sənan Mahir oğluna məxsus kafe;
14. Masallı rayonu, ,Qəriblər kəndində yerləşən, hüquqi şəxs "Viləş Palace" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus "Viləş Palace" mehmanxanasının tərkibində fəaliyyət göstərən restoran.
Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.
Oxşar xəbərlər
Toyuq kəsimi sexinin qanundankənar fəaliyyət göstərdiyi aşkarlanıb
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Lənkəran rayonu, Girdəni kəndində yerləşən, Hüseynova Ruhəngiz Davud qızına məxsus toyuq kəsimi sexində plandankənar yoxlama keçirib. Obyektdə qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinə əməl olunmadığı aşkarlanıb. Baxış zamanı sexin qida təhlükəsizliyi qeydiyyatından keçmədən qanunsuz fəaliyyət göstərdiyi məlum olub. Həmçinin diri quşların müşayiətedici sənədlərinin olmadığı, antisanitar şəraitdə, baytarlıq-sanitariya nəzarətindən keçmədən kəsiminin aparıldığı, məhsulların etiketlənmədiyi və digər normativ tələblərin pozulduğu müəyyən edilib. Faktla bağlı inzibati protokol tərtib edilib, sexin fəaliyyəti məhdudlaşdırılıb və nümunələr götürülərək laborator müayinələrə cəlb edilib.
Qanunsuz toyuq əti emalı müəssisəsində plandankənar yoxlama keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin “1003 - Çağrı Mərkəzi”nə daxil olan vətəndaş müraciəti və sosial mediada paylaşılan məlumat əsasında Abşeron rayonu, Fatmayı kəndində fəaliyyət göstərən, fiziki şəxs Orucov Abbas Tahir oğluna məxsus obyektdə yoxlama keçirilib. Baxış zamanı müəssisənin qanunsuz fəaliyyət göstərdiyi, eləcə də sanitar-gigiyenik və sanitar-texniki qaydaların tələblərinin pozulduğu müəyyən edilib. Müəssisədə toyuq məhsullarının müşayiətedici sənədlərinin və etiketlərin mövcud olmadığı və digər nöqsanlar aşkarlanıb. Müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb. Fakt əsasında qanunvericiliyin tələbinə uyğun müvafiq tədbirlər görülməkdədir.
Siyəzəndə ərzaq bazarında yoxlama keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Siyəzən şəhəri, Xətai küçəsi 56 ünvanında fəaliyyət göstərən, “Xətai” Ticarət Mərkəzinə məxsus ərzaq bazarında plandankənar yoxlama keçirib. Yoxlama zamanı bazarda qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb. Aşkar edilmiş nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib, sahibkar barəsində inzibati protokol tərtib edilib.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş