AQTA koronavirusun profilaktikası çərçivəsində monitorinqləri davam etdirir
22 İyun 2021 17:31
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydləri davam etdirir.
Nəzarət tədbirləri çərçivəsində 2021-ci il iyunun 21-də ölkə üzrə 434 ictimai iaşə obyektində 765 monitorinq keçirilib. Monitorinqlər zamanı 13 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:
1. Bakı şəhəri, Xətai rayonu, Gəncə pr., Vunqtau küç., ev 268 ünvanında yerləşən, fiziki şəxs Əliyev Şaiq Həsənağa oğluna məxsus kafe;
2. Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəs., Tofiq Bayram küçəsində yerləşən, fiziki şəxs Əliyev Emil Akif oğluna məxsus çay evi;
3. Bakı şəhəri, Suraxanı rayonu, Malik Mustafayev küçəsi 25 ünvanında yerləşən, fiziki şəxs Baqouddion Pirismayıl Şahismayıl oğluna məxsus “Dostluq” kafesi;
4. Bakı şəhəri, Suraxanı rayonu, Malik Mustafayev küçəsi 18 ünvanında yerləşən, fiziki şəxs Heydərov Vaqif Nəbi oğluna məxsus kafe;
5. Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi 6b ünvanında yerləşən, fiziki şəxs Əhmədov Yunis Saiq oğluna məxsus “Badam lounge” restoranı;
6. Bakı şəhəri, Səbail rayonu, Neftçilər pr., Dəniz Mall, ev 108 ünvanında yerləşən, hüquqi şəxs “Emsa Food” MMC-yə məxsus “Dinehall“ kafesi;
7. Bakı şəhəri, Nizami rayonu, R. Rüstəmov küçəsi 27 ünvanında yerləşən, fiziki şəxs Kantayeva Pirdas İbrahim qızına məxsus “Antep Lahmacun” kafesi;
8. Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəs., H. Z. Tağıyev küç., ev 86 ünvanında yerləşən, fiziki şəxs Nəbiyev Asif Mürşüd oğluna məxsus “Qədim Qəbələ” restoranı;
9. Bakı şəhəri, Səbail rayonu, Namiq Quliyev küç., ev 62A ünvanında yerləşən, hüquqi şəxs “City Service Company” MMC-yə məxsus “Nar Şərab” restoranı;
10. Bakı şəhəri, Nəsimi rayonu, Allahyar Nəsibov küç., ev 5, məh. 1013 ünvanında yerləşən, hüquqi şəxs “Svit” MMC-yə məxsus kafe;
11. Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küç., ev 44/2, m. 1 ünvanında yerləşən, fiziki şəxs Həsənov Ruslan Yasim oğluna məxsus “Mozarella” restoranı;
12. Abşeron rayonu, Masazır kəndində yerləşən, fiziki şəxs Ələkbərova Mərziyə Qurban qızına məxsus “Azərbaycan mətbəxi” kafesi;
13. Kürdəmir rayonunda yerləşən, fiziki şəxs Sultanov Natiq Sultan oğluna məxsus kafe.
Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.
Oxşar xəbərlər
Toyuq kəsimi sexinin qanundankənar fəaliyyət göstərdiyi aşkarlanıb
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Lənkəran rayonu, Girdəni kəndində yerləşən, Hüseynova Ruhəngiz Davud qızına məxsus toyuq kəsimi sexində plandankənar yoxlama keçirib. Obyektdə qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinə əməl olunmadığı aşkarlanıb. Baxış zamanı sexin qida təhlükəsizliyi qeydiyyatından keçmədən qanunsuz fəaliyyət göstərdiyi məlum olub. Həmçinin diri quşların müşayiətedici sənədlərinin olmadığı, antisanitar şəraitdə, baytarlıq-sanitariya nəzarətindən keçmədən kəsiminin aparıldığı, məhsulların etiketlənmədiyi və digər normativ tələblərin pozulduğu müəyyən edilib. Faktla bağlı inzibati protokol tərtib edilib, sexin fəaliyyəti məhdudlaşdırılıb və nümunələr götürülərək laborator müayinələrə cəlb edilib.
Qanunsuz toyuq əti emalı müəssisəsində plandankənar yoxlama keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin “1003 - Çağrı Mərkəzi”nə daxil olan vətəndaş müraciəti və sosial mediada paylaşılan məlumat əsasında Abşeron rayonu, Fatmayı kəndində fəaliyyət göstərən, fiziki şəxs Orucov Abbas Tahir oğluna məxsus obyektdə yoxlama keçirilib. Baxış zamanı müəssisənin qanunsuz fəaliyyət göstərdiyi, eləcə də sanitar-gigiyenik və sanitar-texniki qaydaların tələblərinin pozulduğu müəyyən edilib. Müəssisədə toyuq məhsullarının müşayiətedici sənədlərinin və etiketlərin mövcud olmadığı və digər nöqsanlar aşkarlanıb. Müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb. Fakt əsasında qanunvericiliyin tələbinə uyğun müvafiq tədbirlər görülməkdədir.
Siyəzəndə ərzaq bazarında yoxlama keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Siyəzən şəhəri, Xətai küçəsi 56 ünvanında fəaliyyət göstərən, “Xətai” Ticarət Mərkəzinə məxsus ərzaq bazarında plandankənar yoxlama keçirib. Yoxlama zamanı bazarda qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb. Aşkar edilmiş nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib, sahibkar barəsində inzibati protokol tərtib edilib.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş