AQTA vakant yerlərə işçi qəbulu elan edir
24 İyun 2021 11:02
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin tabeliyində olan Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu regional bölmələrdə qida təhlükəsizliyi sisteminin səmərəli təşkili məqsədilə Agentliyin fəaliyyət istiqamətlərindən irəli gələrək qida təhlükəsizliyi, baytarlıq və fitosanitar sahələrində çalışmaq istəyən, müvafiq ixtisasa yiyələnmiş və ya beynəlxalq sertifikatı olan ali təhsilli mütəxəssisləri əməkdaşlığa dəvət edir.
Qida məhsulları mühəndisliyi, qida təhlükəsizliyi, istehlak mallarının ekspertizası və marketinqi, tibbi profilaktika, metrologiya, standartlaşdırma və sertifikasiya mühəndisliyi, aqronomluq, baytarlıq, bitki mühafizə, biologiya, aqrokimya və torpaqşünaslıq ixtisasları üzrə təhsil almış namizədlər çalışmaq istədikləri regionun adını mövzu yerində qeyd etməklə özləri barədə məlumatlara dair anket formasını info@afsa.gov.az ünvanına göndərməli və ya 12 iyul 2021-ci il tarixinədək aşağıdakı regional bölmələrə təqdim etməlidirlər.
- Xaçmaz Regional Bölməsi (Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən, Xızı);
- Şamaxı Regional Bölməsi (Şamaxı, Göyçay, Ağsu, Kürdəmir, İsmayıllı);
- Salyan Regional Bölməsi (Salyan, Sabirabad, Saatlı, Şirvan, Hacıqabul, Neftçala);
- Lənkəran Regional Bölməsi (Lənkəran, Masallı, Yardımlı, Astara, Lerik, Cəlilabad, Biləsuvar);
- Bərdə Regional Bölməsi (Bərdə, Mingəçevir, Yevlax, Ağdaş, Tərtər, Ağdam);
- Şəki Regional Bölməsi (Şəki, Qax, Zaqatala, Baləkən, Oğuz, Qəbələ);
- Gəncə Regional Bölməsi (Gəncə, Naftalan, Samux, Göygöl, Goranboy, Daşkəsən);
- Tovuz Regional Bölməsi (Tovuz, Qazax, Ağstafa, Şəmkir, Gədəbəy);
- Ucar Regional Bölməsi (Ucar, Ağcabədi, Beyləqan, İmişli, Zərdab, Füzuli).
Oxşar xəbərlər
Toyuq kəsimi sexinin qanundankənar fəaliyyət göstərdiyi aşkarlanıb
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Lənkəran rayonu, Girdəni kəndində yerləşən, Hüseynova Ruhəngiz Davud qızına məxsus toyuq kəsimi sexində plandankənar yoxlama keçirib. Obyektdə qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinə əməl olunmadığı aşkarlanıb. Baxış zamanı sexin qida təhlükəsizliyi qeydiyyatından keçmədən qanunsuz fəaliyyət göstərdiyi məlum olub. Həmçinin diri quşların müşayiətedici sənədlərinin olmadığı, antisanitar şəraitdə, baytarlıq-sanitariya nəzarətindən keçmədən kəsiminin aparıldığı, məhsulların etiketlənmədiyi və digər normativ tələblərin pozulduğu müəyyən edilib. Faktla bağlı inzibati protokol tərtib edilib, sexin fəaliyyəti məhdudlaşdırılıb və nümunələr götürülərək laborator müayinələrə cəlb edilib.
Qanunsuz toyuq əti emalı müəssisəsində plandankənar yoxlama keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin “1003 - Çağrı Mərkəzi”nə daxil olan vətəndaş müraciəti və sosial mediada paylaşılan məlumat əsasında Abşeron rayonu, Fatmayı kəndində fəaliyyət göstərən, fiziki şəxs Orucov Abbas Tahir oğluna məxsus obyektdə yoxlama keçirilib. Baxış zamanı müəssisənin qanunsuz fəaliyyət göstərdiyi, eləcə də sanitar-gigiyenik və sanitar-texniki qaydaların tələblərinin pozulduğu müəyyən edilib. Müəssisədə toyuq məhsullarının müşayiətedici sənədlərinin və etiketlərin mövcud olmadığı və digər nöqsanlar aşkarlanıb. Müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb. Fakt əsasında qanunvericiliyin tələbinə uyğun müvafiq tədbirlər görülməkdədir.
Siyəzəndə ərzaq bazarında yoxlama keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Siyəzən şəhəri, Xətai küçəsi 56 ünvanında fəaliyyət göstərən, “Xətai” Ticarət Mərkəzinə məxsus ərzaq bazarında plandankənar yoxlama keçirib. Yoxlama zamanı bazarda qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb. Aşkar edilmiş nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib, sahibkar barəsində inzibati protokol tərtib edilib.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş