“Azərbaycanda sanitar və fitosanitar tədbirlərin gücləndirilməsi” Tvinninq layihəsinin icrasına başlanıb
10 İyun 2021 16:56
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Avropa Birliyinin (AB) Azərbaycandakı nümayəndəliyi ilə birgə “Azərbaycanda sanitar və fitosanitar tədbirlərin gücləndirilməsi” Tvinninq layihəsi çərçivəsində ilk görüş keçirilib. Videoformatda keçirilən görüşdə Avropa Birliyinə üzv dövlətlər tərəfindən icraçı partnyorlar olaraq - Latviya və Litva ilə yanaşı, dövlət qurumlarından və qeyri-hökumət təşkilatlarından təxminən 50-ə yaxın şəxs iştirak edib.
Tədbirdə giriş nitqi ilə çıxış edən Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Zəkiyyə Mustafayeva Tvinninq layihəsi çərçivəsində görülən işləri müsbət qiymətləndirib və bunun ölkəmizdə qida təhlükəsizliyinin təmin olmasına töhfə verəcəyini vurğulayıb. Z. Mustafayeva layihənin AQTA və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun institusional potensialının və əməkdaşlarının peşəkar bacarıqlarının artırılması baxımından çox faydalı olacağına əminliyini ifadə edib. Qeyd edib ki, əməkdaşlıq çərçivəsində həyata keçiriləcək bu layihənin də qarşılıqlı fəaliyyət və yüksək komanda işi nəticəsində ölkəmizdə sanitar və fitosanitar tədbirlərin gücləndirilməsində müsbət təsir göstərəcəkdir.
Daha sonra Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin nazir müşaviri və əməkdaşlıq üzrə rəhbəri xanım Simona Gatti “Fermadan Çəngələ” strategiyası çərçivəsində pestisid, gübrə və aqrokimyəvi maddələrin istifadəsinin azaldılaraq qida təhlükəsizliyini ən yüksək səviyyədə saxlamağa, orqanik istehsalı genişləndirməyə, qida tullantılarını məhdudlaşdırmağa və məsuliyyətli istehlakı təşviq etməyə səy göstərirdiklərini bildirib. Qeyd olunub ki, bu səbəbdən də təqdim olunan layihənin icrasına başlanmaqla Azərbaycanda nəzarət, pestisid qeydiyyatı və istifadəsinin AB və beynəlxalq standartlara uyğunlaşdırılmasına kömək edəcəkdir.
Tədbirdə Latviyadan layihə rəhbəri xanım Kristine Lifanova, Litvadan kiçik layihə lideri cənab Sergejus Fedotovas, habelə AQTA və AB-dən layihənin fəaliyyətləri üzərində işləyəcək qida təhlükəsizliyi və bitki mühafizəsi üzrə əsas mütəxəssislər konfransda təqdimatla çıxış ediblər.
Qeyd edək ki, layihənin keçirilməsində məqsəd diqqəti bitki mənşəli qida və yemlərə ayırmaqla, sanitar və fitosanitar (SF) qaydalara uyğun qanunvericiliyi daha da inkişaf etdirib təkmilləşdirmək, həmçinin beynəlxalq standartlarla uyğunlaşdırmaqdan ibarətdir. Layihə AQTA tərəfindən Latviya Respublikasının Dövlət Bitki Mühafizə Xidməti və Litva Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Bitki Xidməti ilə əməkdaşlıqla həyata keçirilir və 24 ay davam etməsi nəzərdə tutulub.
Oxşar xəbərlər
Toyuq kəsimi sexinin qanundankənar fəaliyyət göstərdiyi aşkarlanıb
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Lənkəran rayonu, Girdəni kəndində yerləşən, Hüseynova Ruhəngiz Davud qızına məxsus toyuq kəsimi sexində plandankənar yoxlama keçirib. Obyektdə qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinə əməl olunmadığı aşkarlanıb. Baxış zamanı sexin qida təhlükəsizliyi qeydiyyatından keçmədən qanunsuz fəaliyyət göstərdiyi məlum olub. Həmçinin diri quşların müşayiətedici sənədlərinin olmadığı, antisanitar şəraitdə, baytarlıq-sanitariya nəzarətindən keçmədən kəsiminin aparıldığı, məhsulların etiketlənmədiyi və digər normativ tələblərin pozulduğu müəyyən edilib. Faktla bağlı inzibati protokol tərtib edilib, sexin fəaliyyəti məhdudlaşdırılıb və nümunələr götürülərək laborator müayinələrə cəlb edilib.
Qanunsuz toyuq əti emalı müəssisəsində plandankənar yoxlama keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin “1003 - Çağrı Mərkəzi”nə daxil olan vətəndaş müraciəti və sosial mediada paylaşılan məlumat əsasında Abşeron rayonu, Fatmayı kəndində fəaliyyət göstərən, fiziki şəxs Orucov Abbas Tahir oğluna məxsus obyektdə yoxlama keçirilib. Baxış zamanı müəssisənin qanunsuz fəaliyyət göstərdiyi, eləcə də sanitar-gigiyenik və sanitar-texniki qaydaların tələblərinin pozulduğu müəyyən edilib. Müəssisədə toyuq məhsullarının müşayiətedici sənədlərinin və etiketlərin mövcud olmadığı və digər nöqsanlar aşkarlanıb. Müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb. Fakt əsasında qanunvericiliyin tələbinə uyğun müvafiq tədbirlər görülməkdədir.
Siyəzəndə ərzaq bazarında yoxlama keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Siyəzən şəhəri, Xətai küçəsi 56 ünvanında fəaliyyət göstərən, “Xətai” Ticarət Mərkəzinə məxsus ərzaq bazarında plandankənar yoxlama keçirib. Yoxlama zamanı bazarda qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb. Aşkar edilmiş nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib, sahibkar barəsində inzibati protokol tərtib edilib.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş