Qanunsuz heyvan kəsiminin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir
18 Mart 2024 15:53
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə heyvan kəsiminin normativ tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.
2024-cü il 11-15 mart tarixlərində Agentlik əməkdaşları tərəfindən aparılan monitorinqlər zamanı Bakı şəhəri və Xaçmaz, İsmayıllı, Göyçay, Ağdaş, Masallı, Lənkəran rayonlarında fəaliyyət göstərən 48 heyvan kəsimi və ət satışı məntəqəsində bir sıra nöqsanlar aşkar olunub. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar inzibati tədbir görülüb.
Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan və barələrində inzibati protokol tərtib edilmiş məntəqələr aşağıdakılardır:
№ |
Sahibkarlıq subyekti |
Ünvan |
Görülən tədbir |
Bakı şəhəri üzrə |
|||
|
Cəfərov Cavid Rasim oğlu |
Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsi |
İnzibati protokol tərtib edilib |
|
Cəfərov Zaur Raquf oğlu |
Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsi |
İnzibati protokol tərtib edilib |
|
Əhmədov Cavid Şahlar oğlu |
Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsi 81 |
İnzibati protokol tərtib edilib |
|
Heydərov Elçin Hacıağa oğlu |
Binəqədi rayonu, Biləcəri qəsəbəsi, R.İsmayılov küçəsi 8 |
İnzibati protokol tərtib edilib |
|
Gülməmmədov Rahim Lazım oğlu |
Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Ə.Xaqani küçəsi |
İnzibati protokol tərtib edilib |
|
Quliyev Əlizadə Ələkbər oğlu |
Binəqədi rayonu, Biləcəri qəsəbəsi |
İnzibati protokol tərtib edilib |
|
Həsənov Rəhim Xudaverdi oğlu |
Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.S.Ordubadi küçəsi |
İnzibati protokol tərtib edilib |
|
Abdullayev Maarif İslam oğlu |
Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi ştq |
İnzibati protokol tərtib edilib |
|
Əliyev Ruhi Rəhman oğlu |
Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi ştq |
İnzibati protokol tərtib edilib |
|
Qafarov Bəhruz Midir oğlu |
Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi ştq |
İnzibati protokol tərtib edilib |
|
Pənəliyev Mürşüd Kərəm oğlu |
Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi ştq |
İnzibati protokol tərtib edilib |
|
İsmayılov Nofəl Sabir oğlu |
Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yeni Yaşayış Massivi |
İnzibati protokol tərtib edilib |
|
Namazov Akif Rəsul oğlu |
Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi ştq |
İnzibati protokol tərtib edilib |
|
Məmmədov Asiman Əli oğlu |
Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Y.Eyvazov küçəsi |
İnzibati protokol tərtib edilib |
|
Səfərov Knyaz İsa oğlu |
Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Y.Eyvazov küçəsi |
İnzibati protokol tərtib edilib |
|
Orucov Çingiz Əlövsət oğlu |
Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Z.Şərifov küçəsi |
İnzibati protokol tərtib edilib |
|
Eyvazov Ariz Kərəm oğlu |
Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Z.Şərifov küçəsi 14 |
İnzibati protokol tərtib edilib |
|
Musayev Elnur Nəbi oğlu |
Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Ə.Mehdiyev küçəsi 2 |
İnzibati protokol tərtib edilib |
|
Quliyev Həsrət Faiq oğlu |
Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” massivi 68 |
İnzibati protokol tərtib edilib |
|
Babayev Araz Qulu oğlu |
Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” massivi |
İnzibati protokol tərtib edilib |
|
Hüseynov Samir Vaqif oğlu |
Suraxanı rayonu, Yeni Günəşli, “D” massivi 24 |
İnzibati protokol tərtib edilib |
|
Əminov Mahir Maarif oğlu |
Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” massivi |
İnzibati protokol tərtib edilib |
|
Ağayev Əkbər Allahverdi oğlu |
Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi |
İnzibati protokol tərtib edilib |
|
Pənəliyev Tehran Novruz oğlu |
Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” massivi |
İnzibati protokol tərtib edilib |
|
İbrahimov Sədrəddin İbrahim oğlu |
Suraxanı rayonu, Yeni Günəşli, “V” massivi |
İnzibati protokol tərtib edilib |
Xaçmaz rayonu üzrə |
|||
|
Manafov Cavidan Əliməmməd oğlu |
Çinartala kəndi |
İnzibati protokol tərtib edilib |
|
Ağayev Nizami Əmirağa oğlu |
Köhnə Xaçmaz kəndi |
İnzibati protokol tərtib edilib |
|
Aydınov Eldost Oktay oğlu |
Köhnə Xaçmaz kəndi |
İnzibati protokol tərtib edilib |
|
Seyidov Zamir Zaur oğlu |
Xaçmaz şəhəri, Bakı prospekti |
İnzibati protokol tərtib edilib |
İsmayıllı rayonu üzrə |
|||
|
Hüseynov Rəşad Əlikram oğlu |
İsmayıllı şəhəri, Cavanşir küçəsi |
İnzibati protokol tərtib edilib |
|
Babayev Tahir Mayıl oğlu |
İsmayıllı şəhəri, Cavanşir küçəsi |
İnzibati protokol tərtib edilib |
|
Ağayev Valeh Səməndər oğlu |
İsmayıllı şəhəri, N.Paşa küçəsi |
İnzibati protokol tərtib edilib |
Göyçay rayonu üzrə |
|||
|
Qasımov Orxan Ələkbər oğlu |
X.Natəvan küçəsi |
İnzibati protokol tərtib edilib |
|
Kərimov Baba Ərəstun oğlu |
X.Natəvan küçəsi |
İnzibati protokol tərtib edilib |
|
Qasımov Yalçın Asif oğlu |
N.Gəncəvi küçəsi |
İnzibati protokol tərtib edilib |
|
Cahangirov Ramin Şamil oğlu |
Göyçay şəhəri, M.Hüseynzadə küçəsi |
İnzibati protokol tərtib edilib |
Ağdaş rayonu üzrə |
|||
|
Hüseynov Qalib Məcid oğlu |
Ləki qəsəbəsi |
İnzibati protokol tərtib edilib |
|
Nuhov Aqşin Füzuli oğlu |
Ləki qəsəbəsi |
İnzibati protokol tərtib edilib |
Masallı rayonu üzrə |
|||
|
Xəlilov Xəlil Rövşən oğlu |
Ərkivan qəsəbəsi |
İnzibati protokol tərtib edilib |
|
Cəfərov Qasım Zöhrab oğlu |
Ərkivan qəsəbəsi |
İnzibati protokol tərtib edilib |
|
Mirzəyev Bəhruz Bürcəli oğlu |
Qızılavar kəndi |
İnzibati protokol tərtib edilib |
|
Cəfərov Siruz Pərviz oğlu |
Qızılavar kəndi |
İnzibati protokol tərtib edilib |
|
Hacıyev Rafət Rauf oğlu |
Boradigah qəsəbəsi |
İnzibati protokol tərtib edilib |
Lənkəran rayonu üzrə |
|||
|
Abbasov Rauf Əzizağa oğlu |
Şiləvar yolu, Ələt-Astara magistralı |
İnzibati protokol tərtib edilib |
|
Həsənov Atəş Əhmədağa oğlu |
N.Gəncəvi küçəsi |
İnzibati protokol tərtib edilib |
|
Seyfullayev Qabil Saleh oğlu |
N.Gəncəvi və Koroğlu küçələrinin kəsişməsi |
İnzibati protokol tərtib edilib |
|
Həsənov Allahşükür Atəş oğlu |
N.Gəncəvi küçəsi |
İnzibati protokol tərtib edilib |
|
Əsgərov Sərhad Məlik oğlu |
Koroğlu küçəsi |
İnzibati protokol tərtib edilib |
AQTA bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən çəkinməyə çağırır.
Oxşar xəbərlər
Lənkəranda normativ tələblərin pozulduğu ət satışı məntəqəsinin fəaliyyəti məhdudlaşdırılıb
Daxil olan müraciət əsasında Lənkəran şəhəri, Koroğlu küçəsi, Böyük bazar ərazisində fəaliyyət göstərən, fiziki şəxs Həsənov Allahşükür Atəş oğluna məxsus ət satışı məntəqəsində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş plandankənar yoxlama zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb. Belə ki, məntəqədə sanitar-gigiyenik tələblərə əməl edilmədiyi, ətlərin üzərində baytarlıq nəzarətindən keçirildiyinə dair möhürün olmadığı, əlyuma çanağının, havalandırma sisteminin, eləcə də ət məhsullarının saxlanması üçün soyuducu və dondurucuların mövcud olmadığı, işçi heyətin tibbi müayinədən keçmədiyi və fərdi qoruyucu vasitələrdən istifadə etmədiyi, dezinfeksiya işlərinin aparılmadığı müəyyən edilib.
Qanunsuz fəaliyyət göstərən dönərxanada bir sıra nöqsanlar aşkarlanıb
Ağdam rayonu, Quzanlı qəsəbəsində fəaliyyət göstərən, fiziki şəxs Əliyev İbrahim Şirin oğluna məxsus dönərxanada Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən plandankənar yoxlama keçirilib. Baxış zamanı dönərxanada qida məhsulları üzrə gigiyena qaydalarına və qida təhlükəsizliyi tələblərinə əməl edilmədiyi, sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qüvvədə olan normativlərə cavab vermədiyi müəyyən edilib. Belə ki, iaşə obyektinin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub, həmçinin obyektdə xammal olaraq istifadə edilən məhsulların (xiyar, pomidor, mayonez) açıq şəkildə saxlandığı, çarpaz çirklənmənin qarşısının alınması məqsədilə texnoloji prosesin ardıcıllığına riayət edilmədiyi, əlyuma çanaqlarının isti su və gigiyenik tələblərə cavab verən qurutma vasitələri ilə təmin edilmədiyi, havalandırma sisteminin quraşdırılmadığı, çirklənməyə qarşı müdafiə və zərərvericilərlə mübarizə üçün müvafiq şəraitin olmadığı, döşəmə, divar səthlərinin təmirsiz olduğu və dezinfeksiyaedici vasitələrin təsirinə davamlı materialla üzlənmədiyi, mütəmadi olaraq müvafiq təmizlik işlərinin aparılmadığı, tullantıların ağzı kip bağlanan və qoxu yaymayan qablara toplanmadığı və digər nöqsanlar aşkarlanıb.
Qida təhlükəsizliyi tələblərinin pozulduğu iki dönərxananın fəaliyyəti məhdudlaşdırılıb
Ağcabədi rayonunun N.Nərimanov küçəsində yerləşən, fiziki şəxs Alıyev Xəyyam Mirzəli oğluna məxsus “01” dönərxanasında və Xocavənd kəndində yerləşən, fiziki şəxs Hüseynov Elmir Əmirxan oğluna məxsus “Dostluq” dönərxanasında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən plandankənar yoxlama keçirilib. Baxış zamanı dönərxanalarda qida məhsulları üzrə gigiyena qaydalarına və qida təhlükəsizliyi tələblərinə əməl edilmədiyi, sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qüvvədə olan normativlərə cavab vermədiyi müəyyən olunub. Belə ki, iaşə obyektlərində çarpaz çirklənmənin qarşısının alınması məqsədilə texnoloji prosesin ardıcıllığına əməl olunmadığı, qabaqcıl gigiyena təcrübəsinin, o cümlədən çirklənməyə qarşı müdafiə və zərərvericilərlə mübarizə üçün müvafiq şəraitin təmin edilmədiyi, döşəmə, divar səthlərinin təmirsiz olduğu və dezinfeksiyaedici vasitələrin təsirinə davamlı materialla üzlənmədiyi, mütəmadi olaraq müvafiq təmizlik işlərinin görülmədiyi, tullantıların ağzı kip bağlanan və qoxu yaymayan qablara toplanmadığı, işçi heyətin gigiyenik təlimlərə cəlb edilmədiyi və digər nöqsanlar aşkarlanıb.