Qanunsuz heyvan kəsiminin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir
13 Avqust 2024 10:46
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə heyvan kəsiminin normativ tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.
5-9 avqust 2024-cü il tarixində Agentlik əməkdaşları tərəfindən aparılan monitorinqlər zamanı Bakı şəhəri, Abşeron, İsmayıllı, Lənkəran və Ağcabədi rayonları üzrə fəaliyyət göstərən 21 heyvan kəsimi və ət satışı məntəqəsində bir sıra nöqsanlar aşkar olunub. Aşkarlanan uyğunsuzluqlarla əlaqədar inzibati tədbir görülüb.
Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan və barələrində inzibati xəta haqqında protokol tərtib edilən məntəqələr aşağıdakılardır:
№ |
Sahibkarlıq subyekti |
Ünvan |
Görülən tədbir |
Bakı |
|||
1. |
Əliyev İlham İsmayıl oğlu |
Səbail rayonu, Badamdar qəsəbəsi, Nurəddin Paşayev küçəsi 8 |
İnzibati xəta haqqında protokol tərtib edilmişdir. |
2. |
Kərimov İlham İslam oğlu |
Nəsimi rayonu, Cavadxan küçəsi 48A |
İnzibati xəta haqqında protokol tərtib edilmişdir. |
3. |
Şirinov Şirin Siyasət oğlu |
Səbail rayonu, Badamdar qəsəbəsi, Tofiq Məmmədov küçəsi 23 |
İnzibati xəta haqqında protokol tərtib edilmişdir. |
4. |
Əhmədov Aqil Rəfail oğlu |
Nərimanov rayonu, Çaykovski küçəsi 2A |
İnzibati xəta haqqında protokol tərtib edilmişdir. |
5. |
Şükürzadə Zəfər Rəşid oğlu |
Nərimanov rayonu, Asif Məmmədov küçəsi 30 |
İnzibati xəta haqqında protokol tərtib edilmişdir. |
6. |
Mahmudov Şahin Vaqif oğlu |
Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsi |
İnzibati xəta haqqında protokol tərtib edilmişdir. |
7. |
Həsənov Rəhim Xudaverdi oğlu |
Binəqədi rayonu,Biləcəri qəsəbəsi, M.S.Ordubadi küçəsi 117 |
İnzibati xəta haqqında protokol tərtib edilmişdir. |
8. |
Məmmədov Namiq Məhəmməd oğlu |
Nərimanov rayonu, Əliyar Əliyev küçəsi 17 |
İnzibati xəta haqqında protokol tərtib edilmişdir. |
9. |
İlyasov Vüsal Qalib oğlu |
Nərimanov rayonu, Əliyar Əliyev küçəsi 326 |
İnzibati xəta haqqında protokol tərtib edilmişdir. |
10. |
Məmmədov Qadir Güloğlan oğlu |
Nərimanov rayonu, Y. V. Çəmənzəminli küçəsi 123 |
İnzibati xəta haqqında protokol tərtib edilmişdir. |
11. |
Məmmədov Mehman Sovet oğlu |
Nərimanov rayonu, Ağa Nemətulla küçəsi 186 |
İnzibati xəta haqqında protokol tərtib edilmişdir. |
12. |
İbrahimov Şamo Yaşar oğlu |
Nərimanov rayonu, Ağa Nemətulla küçəsi 40 |
İnzibati xəta haqqında protokol tərtib edilmişdir. |
Abşeron |
|||
13. |
Əmralıyev Valeh Əmirxan oğlu |
Abşeron rayonu, Masazır qəsəbəsi, Qaçaq Nəbi küçəsi |
İnzibati xəta haqqında protokol tərtib edilmişdir. |
14. |
Süleymanov Mərkəz Məcid oğlu |
Abşeron rayonu, Masazır qəsəbəsi, Qaçaq Nəbi küçəsi |
İnzibati xəta haqqında protokol tərtib edilmişdir. |
15. |
Sadiqov Sadiq Ədalət oğlu |
Abşeron rayonu, Masazır qəsəbəsi, Qaçaq Nəbi küçəsi |
İnzibati xəta haqqında protokol tərtib edilmişdir. |
İsmayıllı |
|||
16. |
Həsrətov Novruz Teymur oğlu |
İsmayıllı rayonu, Ərəstun Mahmudov küçəsi |
İnzibati xəta haqqında protokol tərtib edilmişdir. |
Lənkəran |
|||
17. |
Həsənov Atəş Əhmədağa oğlu |
Lənkəran şəhəri, Koroğlu küçəsi (Lənkəran bazarı) |
İnzibati xəta haqqında protokol tərtib edilmişdir. |
18. |
Babayev Cavid Hacıhəsən oğlu |
Lənkəran şəhəri, Koroğlu küçəsi (Lənkəran bazarı) |
İnzibati xəta haqqında protokol tərtib edilmişdir. |
Ağcabədi |
|||
19. |
Xasıyev Emin Eynullah oğlu |
Ağcabədi şəhəri, Eldəniz Sadıqov küçəsi |
İnzibati xəta haqqında protokol tərtib edilmişdir. |
20. |
Xasıyev Elçin Əlizadə oğlu |
Ağcabədi şəhəri, Üzeyir Hacıbəyov küçəsi |
İnzibati xəta haqqında protokol tərtib edilmişdir. |
21. |
Quliyev Teymur Sabir oğlu |
Ağcabədi şəhəri, Üzeyir Hacıbəyov küçəsi |
İnzibati xəta haqqında protokol tərtib edilmişdir. |
AQTA bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən çəkinməyə çağırır.
Oxşar xəbərlər

Bayramla bağlı 135 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri göstərilir
İyunun 6-sı və 7-si tarixlərini əhatə edən Qurban bayramı günlərində əhalinin təhlükəsiz ət və ət məhsulları ilə təmin olunması, həmçinin qurbanlıq heyvan kəsimi və satışının müvafiq norma və qaydalara uyğun, təhlükəsiz və sağlam şəraitdə həyata keçirilməsi üçün Qida Təhlükəsizliyi Agentliyi və aidiyyəti qurumlar tərəfindən bütün zəruri tədbirlər görülüb. Tədbirlər çərçivəsində Naxçıvan Muxtar Respublikası da daxil olmaqla, ölkə üzrə 135 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil edilib. Onlardan 77-də qurbanlıq heyvanların kəsimi və satışı, 30-da yalnız satışı, 28-də isə yalnız kəsimi xidmətləri vətəndaşlara təklif olunur. Bununla yanaşı, bir sıra regionlarda səyyar heyvan kəsimi çadırları quraşdırılaraq qurbanlıq heyvanların baytarlıq nəzarəti altında kəsimi və satışı həyata keçirilir. Bu çərçivədə Zəngilan rayonunun Ağalı kəndində və Ağdərə rayonunun Talış kəndində, həmçinin Ağdam, Şuşa, Füzuli və Cəbrayıl rayonlarında da heyvan kəsimi üçün çadırlar quraşdırılıb. Kəsim məntəqələrində Qida Təhlükəsizliyi İnstitutunun baytarlıq laboratoriyaları da mövcuddur. Gücləndirilmiş rejimdə fəaliyyət göstərən laboratoriyalarda peşəkar baytar həkimlər fəaliyyət göstərir. Qurbanlıq heyvanlar arasında hər hansı xəstəliyə şübhə yaranarsa, daxili orqanlarından nümunə götürülərək həmin laboratoriyalarda, eyni zamanda Mərkəzi Baytarlıq Laboratoriyasında müayinə edilir. Ölkə ərazisində fəaliyyət göstərən soyuducu infrastruktura malik ticarət şəbəkələri tərəfindən də əvvəlcədən qəbul olunmuş sifarişlər əsasında qurbanlıq heyvanların kəsilməsi və ətinin vətəndaşlara çatdırılması xidməti həyata keçirilir. Vətəndaşlar qurbanlıq heyvanların kəsim və satış məntəqələri barədə məlumatı Agentliyin saytından (afsa.gov.az/az/qurban-bayrami-2025) əldə edə bilərlər. Vətəndaşlardan bayram günlərində heyvan kəsimi və satışı fəaliyyətləri ilə bağlı xoşagəlməz hallarla rastlaşdıqda, aidiyyəti dövlət qurumlarına və ya Agentliyin “1003-Çağrı Mərkəzi”nə məlumat vermələri xahiş olunur.

Bu il ilk dəfə olaraq Cəbrayılda AQTİ-nin səyyar laboratoriyası fəaliyyət göstərəcək
İyunun 6-7-si tarixlərini əhatə edən Qurban bayramı günlərində bir sıra regionlarda Azərbaycan Repsublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə razılaşdırılmaqla, səyyar heyvan kəsimi çadırları quraşdırılaraq qurbanlıq heyvanların baytarlıq nəzarəti altında kəsimi və satışı həyata keçiriləcək. Cəbrayıl rayonu Dəmir Yumruq küçəsi, həmçinin Şuşada quraşdırılan çadırtipli kəsim məntəqələrində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun səyyar laboratoriyaları fəaliyyət göstərəcək. Səyyar laboratoriyalar qida təhlükəsizliyi üzrə müxtəlif növ müayinələrin aparılması üçün tam təchiz olunub. Qurbanlıq heyvanlar arasında hər hansı xəstəliyə şübhə yaranarsa, daxili orqanlarından nümunə götürülərək həmin laboratoriyalarda operativ formada müayinə ediləcək. Eyni zamanda bayram günlərində AQTİ laboratoriyaları gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək.

Ölkəyə idxal olunan toxumluq kartof məhsulunda zərərli orqanizm aşkarlanıb
Nəzarət tədbirləri çərçivəsində fiziki şəxs Qaçabəyova Nayida tərəfindən Qırğızıstandan idxal edilən “OcOO QLOBAL KREŞ” şirkətinin istehsalı olan 14 ton toxumluq kartof məhsulundan götürülmüş nümunələrin müayinəsi nəticəsində məhsul partiyasında karantin tətbiq edilən orqanizm − Kartof yumrularında halqavari bakterial çürümə aşkarlanıb. Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb, məhsul partiyası məhv edilib.